Yeni Azərbaycan Partiyası gündən-günə qüdrətlənən müstəqil Azərbaycan dövlətinin siyasi istinadgahıdır, yeni reallıqlar yardan dövlətin möhtəşəm siyasi qurumudur, siyasi səhnəmizin alternativsiz və yeganə güc mənbəyidir. İnkişafın zirvələrinə doğru inamla addımlayan ölkəmizin siyasi islahatlar sahəsində ən müasir təcrübəni tətbiq etməsi aparılan uğurlu siyasətin prioritet istiqamətlərindəndir. Partiyanın sədri cənab İlham Əliyev yeni dövrün tələblərinə uyğun olaraq idarəçilik sistemini təkmilləşdirir. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Bu islahatlar prosesində Yeni Azərbaycan Partiyasının fəal iştirakı göz qabağındadır. Bütün hallarda əsas hədəf Azərbaycanı daha qüdrətli, güclü görmək, xalqın yüksək rifahını təmin etməkdir.
30 illik yola qısa baxış bu reallığın təsdiqidir ki, partiya qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olub. Bu isə öz növbəsində yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Möhtəşəm Zəfərimiz bütün sahələrdə təkmilləşməni bir zərurət kimi qarşıya qoyub. Yeni Azərbaycan Partiyasının siyasi sistemin təkmilləşdirilməsində rolu inkredilməzdir. Cənab İlham Əliyev daim bildirir ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndər Heydər Əliyevin dünənimizin, bugünümüzün və gələcəyimizin əsası olan ideyalarını təbliğ edir, Prezident, YAP Sədri İlham Əliyevin ətrafında sıx birləşərək yeni Proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə icrasına çalışırlar. 30 illik yubileyini möhtəşəm uğurları ilə qeyd edən partiyamız gələcəyə böyük inamla addımlayır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi. Bu tezis bütün dövrlərdə öz aktuallığını qoruyaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinə bələdçilik edir. 2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, regionun aparıcı siyasi təşkilatına çevrildi. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətin göstəricisidir.
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev yubiley tədbirində çıxış edərək çox maraqlı və mühüm açıqlamalar vermişdir. Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan bəhs edən cənab Prezident öz çıxışında dünyaya verdiyi mesajları, elan edilən qarşıdakı hədəflər və konkret fikirlər Azərbaycanın dəyişməz strategiyasını daha da inkişaf etdirəcək, bədxahlarımız kədərlənəcək, dostlarımız isə sevinəcək. Yeni Azərbaycan Partiyası Azərbaycanın son 30 illik tarixində çox böyük siyasi nüfuza və ictimai dəstəyə malik olan partiyası statusunu qazanmışdır. Naxçıvandan başlayaraq siyasi fəaliyyətə qədəm qoyan bu nüfuzlu partiya zamanın bütün çətinliklərindən üzü ağ çıxaraq nəinki təkcə Azərbaycanın bütünlükdə Cənubi Qafqazın lider partiyasına çevrilmişdir.
Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması tarixi bir zərurət idi. Partiyanın yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. İllər biri-birini əvəzlədikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur və düzgün qiymətləndirmənin aparılması üçün daha geniş imkanlar yaranır. Azərbaycan xalqı ilə Ordumuzun birliyi nəticəsində tarixi qələbə əldə edərək tariximizin şanlı səhifəsini yazdıq. Xalq ilə iqtidarın bir yumruq kimi birləşməsinin nəticəsi olaraq cəmi 44 gün ərzində düşmən torpaqlarımızdan qovulub. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda apardığı böyük bərpa və quruculuq işləri Böyük Qayıdışımızın möhtəşəmliyindən xəbər verir. Dövlət başçısının siyasi qətiyyəti, diplomatik uğurları, apardığı çoxşaxəli islahatlar və quruculuq işləri nəticəsində xalqımızın həyatında yeni dövr başlamışdır.
Arzu Abdullayev
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatınınn İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB