Türk birliyinin qlobal gücə çevrilməsi reallıqdır

Türk birliyinin qlobal gücə çevrilməsi reallıqdır

Özbəkistanın Səmərqənd şəhərində keçirilənTürk Dövlətləri Təşkilatının IX ZirvəGörüşünün yekunlarına dair birgəBəyannamədə bu mühüm məqam xüsusi qeydedilir ki, Zirvə Görüşündə iştirak edən dövlət vəhökumət başçıları ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan bu qurumunçoxtərəfli çərçivədə əməkdaşlığı daha dadərinləşdirmək və genişləndirmək əzmindəolduqlarını, Azərbaycanın münaqişədənsonrakı bərpa, yenidənqurma səylərinə töhfəverməyə hazırlıqlarını bir daha təsdiqləyiblər.

Ümumilikdə Zirvə Görüşündəki çıxışlar və yekun nəticə olaraq imzalanan Bəyannamə türk dövlətlərin mövcud əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsi istəklərinin təqdimatı oldu.

Zirvə Görüşü çərçivəsində “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün“2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası” təsdiqləndi. Həmçinin Türk Dövlətləri Təşkilatı Ticarətin asanlaşdırılması strategiyası haqqında və Səmərqənd şəhərinin Türk sivilizasiyası paytaxtı elan olunması haqqında qərarlar qəbul edildi. Gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı saziş imzalandı. Bundan əlavə, nəqliyyat sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan qərar daqəbul olundu. İmzalanan bu kimi sənədlər ümunilikdə türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir.

2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyükinkişaf yolu keçib. Belə ki, bu müddətdə mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühümaddımlar atılıb. Azərbaycanın bütün türkdövlətləri ilə münasibətləri müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Ölkəmizin “Biz bilikdə güclüyük!” çağırışı bütündövrlərdə türk dünyasının birliyinin vacibliyiniözündə ehtiva edir. Hər zaman Azərbaycan-Türkiyə dostluğunun, qardaşlağının, müttəfiqliyinin fonunda digər dövlətlərə də belə birliyin yaradılmasına çağırışlar edilir. Azərbaycan türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Dövlət başçısı İlhamƏliyevin qeyd etdiyi kimi, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bircoğrafiyanı əhatə edir. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onuncoğrafi sərhədləri daha genişdir.

Prezident İlham Əliyev çıxışında xaricdə yaşayan soydaşlarımızın problemini gündəmə gətirdi. Dövlət başçısının dediyi kimi, türkdünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri dahagenişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayansoydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türkdövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır.

Göründüyü kimi, türk birliyinin qlobal gücə çevrilməsi artıq reallıqdır.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə