BU YOL HEYDƏR YOLUDU SİYASİ PORTİRET

BU YOL HEYDƏR YOLUDU SİYASİ PORTİRET

2021-сi ildə nəşr olunan «Dəmir Yumruq dastanı” kitabının ikinci hissəsi sürətlə həyata can atır. Amma o görülən işlərin tərənnümü ilə kifayətlənə bilməz. Bunu müəllif də, oxucular da yaxşı başa düşür. Çünki Qarabağda quruculuq işləri o qədər sürətlə həyata keçir ki, dünən başa çatan möhtəşəm bir layihə bu gün köhnə görünür. Deməli, həyata keçirilən möhtəşəm tədbirləri onun mahiyyəti ilə paralel qələmə almaq gərəkdir. Faktın özünü yox, fəlsəfəsini araşdırmaq daha zəruridir. Bu düşüncələrlə kitabın ikinci hissəsini yazmağa cürət etdim. Dastanın birinci kitabının lap əvvəlində “Dəmir yumruğun gücü" haqqında danışmışdım:

“Dəmir yumruq beş barmaqdı

Amma böyük bir olkədi.

Cəsarətdi, şücaətdi

Nə tərəddüd, nə “bəlkə”di!

Yəqin ki, oxucunu belə bir sual düşündürür: Bu qətiyyət, cəsarət, qələbəyə inam haradan qaynaqlanır? Əgər oxucu iyirminci əsrin doxsanıncı illərində yazdığım bu şeiri oxusa, sualına cavab tapar:

BU DÜNYADA BİR ƏL VAR...

Bu dünyada bir əl var,

Həm iri, həm işıqlı.

Yumulsa zindan olar,

Açılsa yaraşıqlı.

Çox çox “mənəm” deyəni,

Taxtından saldırar o.

İstəsə bu dünyanı,

Ayağa qaldırır o.

Çıxsa tribunaya,

Heydər baba, dağ kimi,

Əllərini qaldırsa,

Göylərə bayraq kimi,

Görünsə ağ çöhrəsi,

Üfüqdə səhər kimi!

Gedərik arxasınca,

Balaca əsgər kimi!

Bu əl məşələ dönüb,

Bir elin qabağında.

Yadlar bizə neyləyər,

Bu əlin qabağında?!

Bəzən çox adi bildiyimiz bir söz böyük mənalar daşıyır. “Yol” sözü də belədi. O, təkcə torpaq yol, asfalt yol, dəmir yol kimi mənalarla məhdudlaşmır. Yol-əqidə, Yol-üsul, Yol-ideal! və s. kimi çox mənaları da var. Birinci Qarabağ savaşında ermənilər bizim millətə qan uddurmaqla məşğul oldu. Ərinin, oğlunun gözünün qarşısında anaların, bacıların namusuna təcavüz etdilər. Qaynar samovarı lüt insanların belinə şələlədilər, ailələri nəhəng borulara doldurub ağzını qaynaqladılar ki, zülmlə ölsünlər. Qışın çovğununda körpə uşaqları qovub çayda boğdular. Bir sözlə, onlar müharibə aparmaqdan daha çox azərbaycanlılara zülm etməyi bir məqsəd kimi qarşıya qoymuşdular soyqırımın bütün tələblərini icra edirdilər. Vəhşilik son həddə çatmışdı. Onlar bu yolu tutmuşdular. Qarabağdan insanlıq ruhunun uçub getməsinin səbəbi bu idi. “Dəmir yumruğ”un isə yolu tamam başqadı. Onun məqsədi insanlara xoşbəxt bir həyat bəxş etməkdi. Bu yolun əsasını polad iradəli bir kişi qoyub. Bu yol insanlığın, ləyaqətin, əmin-amanlığın təməlidi. Dediyim polad iradəli kişi ulu öndərimiz Heydər Əliyevdir. Onun yaratdığı magistral yol hələ XX əsrin 60-cı illərindən üzübəri ardıcıl inkişafla irəliləyir”. "Dəmir yumruğ”un iradəsi ilə azad olan torpaqlarımızda sabaha doğru uzanan bu yol da həmin magistralın davamıdır.

Müqəddəsdi, uludu,

Tərifdi Heydər yol

Hər kəs ora can atır

Şərəfdi Heydər yolu.

Bu yol sevgi yoludu

Toydan, büsatdan keçir,

O günəşə tuşlanan

Möhkəm qanaddan keçir.

Hara tutsa üzünü

Xoş bir mətləbə gedir.

Gah uşaq bağçasına

Gah da məktəbə gedir.

Düşmən yüz hiylə qurdu,

Bu yol öz inadında!

O göylərə ucaldı

Uçağın qanadında.

Qışda da rahat olsun

Qoy hər adam evində

Neft axtardı, qaz gəzdi

Göy Xəzərin dibində

O həmişə cavandı

Nə kol basır, nə itir

Onun keçdiyi yerdə

Gül bitir, çiçək bitir

İgidlər cəbhələrdə

Sarılanda silaha

Bizimlə addımladı

O, uğurlu sabaha.

Azərbaycan yaşadır

Bu yolu yaddaşında

Əbədi məskən salıb

Vətənin hər daşında.

Qoy deyim Heydər yolu

Daha harda yaşayır!

Qocaların üzündə

Qırışlarda yaşyır.

Pöhrələyən meşənin

Nəğməsində yaşayır

Bildirçinin, turacın

Şən səsində yaşayır.

Qalib gələn millətin

Sədasında yaşayır.

“Qarabağ –Azərbaycandır”

Nidasında yaşayır

O getdikcə böyüyür.

Şaxələnir, qollanır.
Günəşdən gələn bu yol

Al sabaha yollanır.

Hərdən özümə sual verirəm: Axı, bu insanların təqsiri nə idi ki, azğınlaşmış erməni, onların torpağını, sevgisini, təmiz arzularını, evini-eşiyini amansızlıqla əlindən alıb, payız yarpağı kimi qabağına qatıb istədiyi səmtə aparırdı?! Onların normal həyatını zəhərə çevirir, bülluru xatırladan sevgilərini daşlara vürüb çilik-çilik edirdi. Ermənilər Qərbi Azərbaycanda yaşayan insanları dədə-baba torpaqlarından qovdu, həmin şəhərlərin və kəndlərin adını dəyişdirib özününküləşdirdi, Qarabağı viran etdi. Erməni qarətçilərin acgözlüyü, vəhşiliyi həm bizim, həm də erməni xalqının bütöv bir nəslini şikəst elədi. Onların torpağa olan hərisliyi, bu gözəl dünyanı cəhənnəmə cevirən xisləti bütün dünyada, xüsusilə Fransada, Amerikada Korona virusu kimi yayılıb. Dünyanın ən ağıllı adamları belə “Erməni virusundan” yaxa qurtarmağın yolunu tapa bilmir. Bu virus zəli kimi böyük ölkələrin prezidentlərinin boğazından sallanıb, qopmur. Dünya erməni xəstəliyinin əlində acizdir. Bu dəhşətli virusun qarşısında dayanmağa məhkumuq. Tale bizə belə bir bəla yetirib. Amma Allah bizə bu bəladan xilas olunmaq üçün ağıllı rəhbər, igid oğullar, mərd analar bəxş edib. Müharibənin gözünə kirpiklərini qırpmadan baxan igidlərimizi, ”Oğlumun da, mənim də canım vətənə qurbandır” deyən anaların müdrikliyini görən “Dəmir yumruğ"un səsi qalib bir qəhrəman kimi daha əzəmətli olur.

TÜKƏNMƏYƏN SEVGİ

“Dəmir yumruğun” səsində

Tükənməyən bir sevgi var

İnsanı göyə qaldıran

Qəhrəmanlıq ahəngi var

Hər gün bir zəfər qazanır,

Dayanmır,bir daha gedir.

Bu torpaqda bütün yollar

Bir xoşbəxt sabaha gedir.

Dəmir yumruğun səsindən

Günəş gülür,dan sökülür

Onun ilıq nəfəsindən

Dünyaya sevgi tökülür.

“Dəmir yumruğun” səsində

Qalxıb ucalmaq eşqi var

Yaratdığı əsərlərdən

Cönüb, güc almaq eşqi var

Haqqı nahaqqdan qoruyur

Çox ölkədən gəlir səsi.

“Dəmir yumruğun” məntiqi

Allahın bir möcüzəsi!

Qoy danışsın Baş Komandan

Hər sözü yanan işıqdı

Mərd gülüşü,mərd yerişi,

Bu dünyaya yaraşıqdı.

O danışır ,sözlərindən

Nur tökülür sətir- sətir

Onun nitqi ilk bahardı

Günəş çıxır,çiçək bitir.

Düşmənlərim yuxusunu

Gecə-gündüz o qaçırır.

Namərdlərin sifətinə

Bir güllə kimi açılır.

“Dəmir yumruğun” nərəsi

Sülh istəyən ən güclü səs:

-Deyin,hardan yaranıbdı

Vurub dağıtmağa həvəs?

Qoyun bulaqlar çağlasın

Kəsin hərbin nəfəsini

Qoymayın insan ağlasın

Batırın tank nərəsi

Topun,mərminin səsindən

Yer üzü gəlibdi zara

Bax şəhidlər xiyabanı

Hər qəbir sağalmaz yara

Dəmir Yumruğun səsində

Müdrik ata nəfəsi var.

Əsəbində,qəzəbində

Ulu Öndər nərəsi var.

“Dəmir yumduq dastanı “kitabımın birinci hissəsi bu sözlərlə bitirdi:..” Hələ bu kitabın son nöqtəsini qoymağa macal tapmamış möhtərəm Prezidentimizin gələcəyə ünvanlanan fəaliyyətləri qapımı döyür, ümidimi daha da artırır, sanki “Bizi də qələmə al”- deyir. O hadisələrdən biri 44 günlük müharibənin təntənəsi “Şəhidlərin paradı” idi. Bakı çoxdandı belə bir ehtişamı görməmişdi. Dünyanı heyrətdə qoyan 44 günlük müharibə qəhrəman şəhidlərimizi mərmər daşların altından sıçrayıb durmağa vadar etmişdi. Azərbaycanın bütün şəhərlərində olan şəhidlər xiyabanlarının sakinləri ölkənin mərkəzinə toplamışdı. Bayramı hamı ilə birlikdə keçirməkdən gözəl nə ola bilərdi?! Bu möhtəşəm tədbirin tamaşasına yığışan insanların ürəyi qürurla dolmuşdu. Hər kəs bütün şəhidlərin unudulmaz simasına baxıb ona öz məhəbbət payını vermək istəyirdi. Axı bugünkü təntənənin təməlini qoyan bu mərd, yenilməz, ölümün gözlərinə dik baxan, ölümləri ilə əbədiyyətə qovuşan bu insanlar idi. Parad başladı Qabaq cərgədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev gəlirdi. Önun əlində tutduğu plakatda, xalqın dilində qəhrəmanlıq və ləyaqət simvoluna çevrilən Polad Həşimovun şəkli var idi. Polad gülümsünən baxışları ilə hamını salamlayırdı. Cənab prezidentin yanında Azərbaycanın Birinci vitse prezidenti, ölkənin birinci xanımı, zərif qamətli, mərdlikdə heç bir kişidən geri qalmayan, ”Aslanın erkəyi-dişisi olmaz” deyimini fəaliyyəti ilə təsdiq edən Mehriban xanım Əliyeva addımlayırdı. Onun əlində tutduğu plakatda ən körpə şəhidimizin şəkli var idi. Ermənilərin müharibə ilə hec bir əlaqəsi olmayan şəhərlərə atdıqları raketlərdən biri də cəbhədən çox uzaqda- Gəncədə oyuncaqları ilə oynayan Nuraygilin evlərinə düşüb partlamışdı. Ailə üzvləri ilə birlikdə Nurayın da həyatına son qoymuşdu. Amma bugünkü tədbir göstərdi ki, bu körpə sahibsiz deyil. Onun qisasını cəbhədə igidlərimiz aldı. Özü isə ölkənin birinci xanımının başı üstündə paradın ön cərgəsində gedirdi. Onların ardınca əllərində 2907 şəhidin şəkli olan qarşısıalınmaz bir sel gəlirdi. O təntənəni qələmə almamaq ulmazdı:

SƏHİDLƏRİN PARADI

Bakının mərkəzində

Qeyri adi ehtişam...

Hər bir kəsin əlində

Şəhid şəkli-yanan şam.

Kimdi o şəhidləri

Göy üzünə qaldıran?!

Bu böyük xiyabanı

Şan- şöhrətlə dolduran?!

Cənab İlham Əliyev,

Bir də Mehriban xanım!

Əllərində şəkillər-

Sədaqətim ,inamım

Bu mətin addımların

Möhtəşəm mayağı var

Hər kəsin ürəyində

Bir Heydər çırağı var

Bu yol Heydər yoludu,

Qeyrət yolu,ər yolu!

44 günə yazılan

Tarixin zəfər yolu!

Hər adamın əlində

Şəkillər tək- tək gedir.

Cərgənin qabağında

Bir qoşa ürək gedir.

Şəhidlərdi cəbhədə

Pələng kimi döyüşən.

Parad gedir irəli

Şəkillər quş kimi şən.

Hamı bir addımlayır

Hamı sevir nizamı.

Cərgələr ox kimi düz.

Pozmaq olmaz mizanı.

Qarabağ azad olub

Arzular cicəkləyib.

Şəhidlərin son yeri

Gül açıb,göyçəkləyib.

Şəhidlər xiyabanı

Dözüm kimi,tab kimi.

Sən demə bu qəbirlər

Açılır kitab kimi.

O gecə uyumadı

Durdu bütün şəhidlər.

Qarabağın eşqinə

Məcls qurdu şəhidlər.

Hər şəhid bir işıqdı

Hər şəklin üzündə nur.

Dünyanı heyran etdi

Bu şücaət,bu qürur.

Hec kəs qıra bilmədi.

Bu möhtəşəm inadı.

Tarixlərə yazıldı

Şəhidlərin paradı.

XX əsrin ikinci yarısından başlayaraq bu günə kimi Azərbaycan xalqının və dövlətinin həyatında baş verən bütün mütərəqqi hadisələr xalqımızın sevimlisi,ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. O elə bir dövlətçilik ənənəsi yaratmışdır ki, hətta özü olmadığı məqamlarda belə onun yolunu tutub gedənlər hökmən qələbə qazanır. 44 günlük müharibədə Azərbaycan xalqının, Ali Baş Komandan İlham Əliyevin, Qəhrəman ordumuzun düşmən üzərində qələbə çalmasının da mayasında Heydər Əliyev müdrikliyi dayanır.

Zahid Xəlil

YAP Veteranlar Şurasının üzvü - Azərbaycan yazıçısı, şairi, pedaqoq, filologiya elmləri doktoru, professor

Bütün xəbərlər Facebook səhifəmizdə