"Erməni təxribatlarının nə zaman bitəcəyini kimsə ehtimal edə bilməz" - HƏRBİ EKSPERT AÇIQLADI

"Erməni təxribatlarının nə zaman bitəcəyini kimsə ehtimal edə bilməz" - HƏRBİ EKSPERT AÇIQLADI

"Erməni təxribatlarının nə zaman bitəcəyini hazırda kimsə ehtimal edə bilməz. Çünki bu təxribatlar 32 ildir ki, davam edir. Hansı nəticələrlə bitəcəyini isə ehtimal etmək çətin deyil". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, hər bir halda biz fəaliyyətlərimizi erməni təxribatlarının nə vaxt bitəcəyinə kökləməməliyik: "Çünki ermənidən nə istəsəniz, hansı fəaliyyət istəsəniz, hansı pis, xoşagəlməz hal desəniz gözləməyə dəyər. Tankı qoyub unitazı götürüb qaçan biriləri Azərbaycana qarşı yenə də kiminsə arxasından gizlənib atəş açırlarsa, bu əslində sağlam məntiqə zidd addımdır".

Ədalət Verdiyev sözlərinə belə davam edib: "Bizim fəaliyyətlərimiz isə atəş açılan mövqelərin darmadağın edilməsinə, həmin mövqelərdə Azərbaycan bayrağının və Azərbaycan ordusunun şəxsi heyətinin yerləşdirilməsindən ibarət olmalıdır. Bu heç bir xəbərdarlıq olunmadan, çox sürətlə həyata keçirilməlidir ki, onlar ayılanda gec olsun. Amma bizim əsgərimiz diplomat deyil, onun bir döyüş vəzifəsi var. Bu da ərazilərimizin təhlükəsizliyini təmin etməkdir. Diplomatlar danışmalıdır, siyasətçilər müzakirələr aparmalıdır, əsgərimiz də düşmənin təxribatlarının qarşısını anında almalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə