Türkiyənin terrora cavabı çox ağır və amansız olacaq! ANALİTİK+AKTUAL

Türkiyənin terrora cavabı çox ağır və amansız olacaq! ANALİTİK+AKTUAL

Süleyman Soylu: “Bizə nə cavab verildiyini, nə mesaj verildiyini çox yaxşı şəkildə bilirik... Aldığımız bu mesaja çox güclü bir mesaj verəcəyik”

Noyabrın 13-də İstanbulda törədilmiş qanlı terror cinayətinin ardınca Türkiyənin müvafiq qurumları dərhal hərəkətə keçdi və aparılan operativ fəaliyyət nəticəsində həmin hadisəni törədən cinayətkarlar aşkara çıxarılaraq saxlanıldı. Digər tərəfdən, Türkiyənin daxili işlər naziri Süleyman Soylunun baş verənləri şərh edərkən irəli sürdüyü bir sıra fikirləri də diqqət çəkməyə bilməzdi. Lakin fakt budur ki, bütün sahələr üzrə inkişaf və tərəqqi yolunu tutan, regional gücdən beynəlxalq gücə çevrilən Türkiyənin bu reallığı ilə barışmaq istəməyən güclər də artıq üzə çıxdı. Terror cinayətinin isə məhz PKK-nın Suriya qolu tərəfindən həyata keçirilməsi növbəti kartları üzə çıxarmış oldu. Məhz bu baxımdan, Türkiyənin DİN-nin rəhbərinin özündə növbəti mühüm məqamları əks etdirən fikirləri bütün diqqətləri onun üzərinə yönəltmiş oldu. Və bu məsələdə onsuz da əvvəldən Türkiyəyə qarşı bəlli mövqedə dayanan bir sıra siyasi dairələrin həmin addımları özünü sübut etmiş oldu.

"Uğurlu bir şəkildə həyata keçirilən əməliyyatda terrorçular saxlanıldı. Əgər saxlamasaydıq, bu gün Yunsnıstana qaçacağıydılar”

Mediaya açıqlama verən və həmin açıqlamasında mühüm mesajlar ötürən Sülyman Soylu bildirdi ki, əgər terrorçu şəbəkəsi saxlanılmasaydı, onlar Yunanıstana qaçacaqdılar. "Uğurlu bir şəkildə həyata keçirilən əməliyyatda terrorçular saxlanıldı. Əgər saxlamasaydıq, bu gün Yunsnıstana qaçacağıydılar”, deyə Soylu bildirib.

DİN rəhbəri hadisənin haradan və necə koordinasiya olunduğu barədə məlumatlı olduqlarını deyib və kifayət qədər maraqlı bir nüansı vurğulayıb. Daha dəqiq desək, ABŞ-a tərəf işarə edib. SİTAT: “Biz, bizə verilən mesajları aldıq. Təkrar altını cızaraq ifadə edirəm: Amerikanın səfirliyinin başsağlığı diləklərini qəbul etmirik, rədd edirik. Kobanini terror bölgəsi kimi bəsləyən və oradan Türkiyənin sabitliyini pozmağa çalışan bu anlayışa, öz senatorları vasitəsi ilə pul göndərən bir dövlətlə müttəfiqliyimiz əlbəttə ki, mübahisə olunmalıdır. Biz heç kimin düşməni deyilik, kimsənin torpaqlarında gözümüz yoxdur, heç kimə qarşı riyakarlıq etmirik, amma bu riyakarlıqlara da əlbəttə ki, dözəcək gücümüzün qalmadığını ifadə etmək istəyirəm”.

Qardaş ölkənin DİN rəhbərinin kifayət qədər sərt və açıq mesajı artıq belə nəticəyə gəlməyə zəmin yaradır ki, Türkiyə dövlətinin apardığı terrorqa qarşı barışmaz mücadilə siyasəti artıq daha da gücləndiriləcək. O da əbəs deyil ki, Soylu “Aldığımız bu mesaja çox güclü bir mesaj verəcəyik”, deyə vurğulayıb. SİTAT: “Bizə nə cavab verildiyini, nə mesaj verildiyini çox yaxşı şəkildə bilirik. Əməliyyatlar davam edir...”.

“Ya mərtəbədən atın, ya da kanala atın deyə açıq bir şəkildə təlimat var”

Onun sözlərinə görə, əgər kimlər ki, PDY-ni bəsləyirsə, kimlər ki, PKK ilə daxili kəşfiyyat cəhətindən iş birliyi görürsə cinayətkar da odur. “Kartlar çoxdur, bunu mübahisə etməyin də anlamı yoxdur”, deyən Soylunun daha bir fikri də diqqət çəkib. O, terrorçuların idarə olunduqları mərkəzin təlimatlarını dinlədiklərini açıqlayıb. Belə ki, terrorçunun ələ keçməməsi üçün onu təqib edənlərə belə bir təlimat verilib , “Ya mərtəbədən atın, ya da kanala atın deyə açıq bir şəkildə təlimat var”, deyə Soylu bildirib. Onun sözlərinə görə, partlayışdan sonra terrorçu öğldürülməli, cinayət hadisəsinin araşdırılmasına əngəl olacaq bütün faktlar aradan qaldırılmalıydı. Lakin hüquq-mühafizə gücləri , kəşfiyyat birgə fəaliyyətləri nəticəsində qarşı tərəflərin cəhdləri baş tutmayıb, terrorçular ələ keçirilib.

“Altını cızaraq demək lazımdır ki, biz millət olaraq birlik işində, bərabərlik içində güclü olmalıyıq. Bunlara boyun əyməməliyik...”

Süleyman Soylu onu da qeyd edib ki, Türkiyənin ətrafında bir sıra düşmən mövqeli cinahlar var. SİTAT: “İstanbul son 6 ildir belə bir terror hadisəsi yaşamayıb. Sadəcə bu il 200 terror hadisəsinin qarşısı alınıb, amma terrorun da üzü amansızdır. Siz 200 terror hadisəsinin qarşısını alarsınız, ancaq onlardan biri partlayar və canımızı yandırar. Əlbəttə, altını cızaraq demək lazımdır ki, biz millət olaraq birlik işində, bərabərlik içində güclü olmalıyıq. Bunlara boyun əyməməliyik...”.

Soyludan paylaşım

Yeri gəlmişkən, Sülyman Soylu terrorçunun ələ keçirilməsi ilə bağlı bu fikirlərini də paylaşıb. SİTAT (türkcə): “Küçükçekmece'de yakalandı. Daha önce Esenler'de bir atölyede, Kobani'den gelen bir telefonla muhafaza edildi. Ardından patlattıktan sonra yine Esenler'e gitti. Ardından Esenler'den bir başka araçla Küçükçekmece'ye intikal etti. Biz, İkitelli'de 112 civarına kadar takip ettik. Sonra kaybettik kamera kayıtlarını. Sonra tekrar onu götüren şahsı yakalayıp, bu networkün bir parçası olan şahsı yakalayıp onu sorgulayınca bir sokakta olduğunu öğrendik ve o sokağa yaptığımız operasyon çerçevesinde de kıskıvrak, o evde ele geçirilmiş oldu. Onunla beraber bu olayı tertipleyen, terör örgütü belki buna üzülecek ama ona 'Öldür' talimatı verdiği kişiyi de yakaladık. Yani esas itibarıyla terör örgütünün tam bağlantısını da burada yakaladık. Birkaç operasyon daha var. Operasyonlar devam ediyor. Ben özellikle milletimize geçmiş olsun ve başsağlığı diliyorum. Emniyet Teşkilatımıza da patlama sonrası, yakın bir zaman dilimi içerisinde bu gayreti, tüm istihbarat birimleriyle ortaya koyarak gerçekleştirdiği sonuç için de minnettarız."

Azərbaycan qardaş Türkiyənin yanındadır!

Beləliklə, artıq Türkiyə bundan əvvəl həyata keçirdiyi terrorla mücadilə siyasətini daha da sərtləşdirəcəyini rəsmi şəkildə bəyan edir. Və bu fakt daha bir amili də ehtiva edir ki, qardaş ölkə bu kimi məsələlərdə qardaşı və müttəfiqi Azərbaycana da arxalana bilər. Çünki Azərbaycan da 1988-ci ildən başlayaraq erməni terrorlarına məruz qalıb, on minlərlə insanımız qanlı cinayətlərin qurbanlarına çevrilib. Əbəs deyil ki, həm Türkiyə, həm də Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, kədərimiz və sevincimiz daim qarşılıqlı olub və bu gün hər bir Azərbaycan vətəndaşı qardaş Türkiyədə baş vermiş qanlı, qəddar və amansız terror hadisəsindən sarsılıb...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə