Gədəbəydə şəhid Novruz Həsənovun məzarı ziyarət olunub FOTOLAR

Gədəbəydə şəhid Novruz Həsənovun məzarı ziyarət olunub FOTOLAR

14.11.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy şəhər sakini Həsənov Novruz Cumalı oğlunun ikinci ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri, Gədəbəy rayon İH Başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları və kənd camaatının iştirak ediblər. Ziyarətçilər şəhidin məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Şəhidin atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə