Televiziyalarımızın bugünkü vəziyyəti hansı səviyyədədir? - ARAŞDIRMA

Tеlеviziyаdа hər bir bахış vеrilişlə, оnun iştirаkçılаrı ilə, tеlеviziyа tаmаşаsı ilə, tеlеviziyа mаtеriаllаrı ilə fərdi görüş dеməkdir. Bu şərtiliklərdən kənаrdа оlаn, tеlеqəbulеdici qаrşısındаkı insаn – öz еvindədir. Bu, еlə bir ictimаi tаmаşаdır ki, аuditоriyаnın “nəbzi”, оnun еkrаndа bаş vеrənlərə rеаksiyаsı önəm daşıyır.

Bəs, televiziya necə yarandı?

Qədim yunancadan (tele-uzaq) və latıncadan (visiogör) götürülmüş televisio – televiziya - uzaqgörmə səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemidir. İlk televiziya sistemləri mexaniki idi və yalnız təsviri göstərirdi. Təsvirin məsafəyə ötürülməsi ideyası alman mühəndisi Paul Nipkova məxsusdur. İlk dəfə Nibkov bu ideyanın mümkünlüyünü nəzəri olaraq irəli sürüb və 1866-cı ildə ideyasını patentləşdirib. Lakin o vaxt insanların düşüncə səviyyəsi belə bir ideyanın qəbuluna hələ tam hazır deyildi. 1873-cü ildə Smit tərəfindən icad edilən fotoeffekt televiziyanın kəşfi yolunda növbəti uğurlu addım oldu. Bu kəşfdən ruhlanan Nipkov ideyasını gerçəyə çevirmək üçün daha bir addım atdı. O, 1884-cü ildə skanlaşdırılan diski ixtira etdi. 1906-cı ildə M.Dikman, K.Ferdinanda və Q.Olage təsvirin ötürülməsi üçün Braunun kəşf etdiyi enerji mərkəzini – ekranı təkmilləşdirdilər. Əksər mənbələrdə elektron televizor patentinin məhz Boris Rozinqə məxsus olduğu qeyd olunur. İlk hərəkətsiz təsvir yayımı məhz 1911-ci ildə bu alimin adı ilə bağlansa da, əsas ixtiraçı kimi şotland mühəndis Con Logi Berd göstərilir. Bu isə təsadüfi deyildi. Lap uşaq yaşlarında evlərinin arxasında neftlə işləyən generator quraşdıraraq Şotlandiyanın Helesburq şəhərində gecə işığı yanan ilk evin sakini məhz Berd olmuşdu.

Azərbaycanda televiziya necə yarandı?

Mütəxəssislərin hesablamalarına görə, İkinci Dünya Savaşı baş verməsəydi, Azərbaycanda artıq 40-cı illərin sonlarında televiziya yayımının təşəkkülü reallaşa bilərdi. Bir qədər gec olsa da, zaman öz sözünü dedi. 1954-cü il sentyabrın 2-də Bakı televiziya studiyasının təməl daşı qoyuldu. Studiya ilyarıma tikildi və beləliklə, 1956-cı il fevralın 14-ü Azərbaycan televiziyasının yaranma tarixinə çevrildi. İlk veriliş günü ekranda əvvəlcə sınaq cədvəli göstərildi, sonra o vaxt çox gənc olan gözəl aktrisamız Nəcibə Məlikova kadrda görünərək: “Diqqət! Göstərir Bakı”, - dedi və Azərbaycanda aramsız yayımın başlanması münasibətilə tamaşaçıları təbrik etdi. Bunun necə bir şərəfli tarixi an olduğunu Nəcibə xanım illər sonra mətbuata verdiyi müsahibələrində xatırlayacaqdı. İnsanların dünyagörüşündə, təsəvvüründə yeni bir mərhələnin ilk siması kimi əbədiləşmək, “televiziya” müjdəsini gətirən qaranquş olmaq hər kəsə nəsib olan şans deyil. Nəcibə xanımın tarixi təbrikindən sonra kibrit qutusundan bir az böyük olan ekranda “Bəxtiyar” filmi yayımlandı. Bütövlükdə götürsək, Azərbaycanda teleyayım bir ox ölkələrlə müqayisədə daha tez yaranıb (məsələn, ürkiyədən 12 il öncə). Maraqlı faktdır ki, həmin gün eleqüllənin inşası hələ tamamlanmamışdı, ona görə də 14 fevral 1956-cı ildə yayım 44 metrlik neft buruğuna bağlanmış studiya ötürücüsü ilə başladı. Məhz bu səbəbdən ilk teletamaşaçılar həmin gün “Bəxtiyar” filmini, unudulmaz sənətkarımız Rəşid Behbudovu, sadəcə, seyr etmiş, dinləyə bilməmişdilər. Film səssiz yayımlanmışdı. O gündən milli televiziyamız 2 saat olmaqla, həftədə iki dəfə tamaşaçılarla görüşə gəldi.

Bugünkü televiziya çoxsaylı və müxtəlif peşəli insanların birgə əməyindən yoğrulub. Bu gün televiziyadakı davranış və hərəkətlərinə görə, bir-birilərindən fərqlənirlər. Lakin bəzən televiziyada aparıcıların qeyri-etik davranışlarının da şahidi oluruq. Bəs, bununla bağlı hər hansı bir tədbir görülməlidirmi?

Tənqidçi ekspert Aydın Xan Əbilov bildirib ki, çağdaş televiziya etikası klassik televiziya texnologiyalarından getdikcə uzaqlaşır: "Çünki bunu efir bazarı tələb edir. Efir bazarında rəqabət çox böyükdür. İstər telekanallar arasındakı rəqabət, istər daxili və xarici teleyayımçılarının arasındakı rəqabət, istərsə də sosial medianın televiziyaya rıqib kimi formalaşması telekanalların iş prinsipinə böyük təsir göstərir. Biz televiziya jurnalistlıri dedikdə klassik və ənənəvi televiziya mıktəbinin nümayəndələri gözümüzün qarşısına gəlsə də, etiraf edək ki, tamaşaçı bu gün daha çevik, əhval-ruhoyyət qaldıracaq üslubda danışan aparıcılara meyl göstərirlər. Nə qədər ağır olsa da, biz bunu normal qarşılamalıyıq. Televiziya bazarı nəyi tələb edirsə, buna uyğun olaraq da telekanallar ortaya məhsul qoyur. Televiziya mədəniyyəti çox sərt və quru, insanlarda mənfi emosiya yarada biləcək aparıcıları yox, daha yaraşıqlı və gözəl, təcrübəli aparıcıları tələb edir. Amma bu o demək deyil ki, televiziya kanallarının rəhbərləri kimi gəldi efirə çıxartsınlar. Bununla bağlı müəyyən normalar var".

Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin sözlərinə görə, televiziyalarda aparıcların, jurnalistlərin danışıqlarını, etik davranışlarını iki hissəyə bölmək olar: "Rəsmi xəbər bloklarında jurnalistlərin və aparıcıların etik davranışları və nitqləri qəbulolunandır. Amma bunu şou proqramlarındakı aparıcılara aid deyil. Bəzi insanlar düşünür ki, aparıcı nə qədər şivəli,ləhcəli danışsa bir o qədər səmimidir. Amma bu duzgün deyil. Televiziya elə bir sahədir ki, dilimizin ədəbi qaydalarına və qrammatikaya əməl olunmalı, danışıq səlis olmalıdır. Hazırda televiziyada yayımlanan şou-proqramları bizi qane etmir".

"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə qeyd edib ki, Azərbaycanda televiziya aparacılarının əksəriyyəti qeyri-peşəkardır: "Onların çoxu Azərbaycan dilində yaxşı danışa bilmir. Bir çoxunun dünyagörüşü məhduddur, intellekti tamaşaçıya xitab etməyə imkan vermir. Azərbaycanda aparıcı var ki, Balakənin ölkənin şimalında, yoxsa cənubunda yerləşdiyini bilmir. Belə aparıcıların üzündən Azərbaycanda televiziyaların reytinqi aşağıdır. Tamaşaçı yerli telekanallardan üz döndərib.

Təəssüf ki, bu gün Azərbaycan televiziyalarında maraqlı, məzmunlu verlişlərin sayı çox azdır. Telekanallar reytinq arxasınca düşdükləri üçün ciddi layihələrə, səviyyəli verlişlərə laqeyd yanaşırlar. Kimin beş manat pulu, güclü sponsoru varsa, qısa müddət ərzində aparıcı kimi peyda olur. Bu üzdən məişət söhbətləri efirdən düşmür. Azərbaycan telekanallarının çox böyük mətbəxə bənzəyir. Efirlərdən pomidor-yumurta qoxusu gəlir. Canlı efirdə yemək bişirmək və qeybət etmək qəhrəmanlıq sayılır. Aparıcılar hansı səviyyənin, hansı dünyagörüşünün sahibirdlərsə qonaqları da o ağılda olur. Qonaq seçimi dostbazlıq, qohumbazlıq prinsipi ilə aparılır. Bu cür primitiv düşüncədən əl çəkilmədikcə Azərbaycan tamaşaçısı qonşu ölkələrin telekanallarına baxacaq".

Vaxtilə nağıllarda və fantastik əsərlərdə bir xəyal kimi təsvir edilən mənzərə ilə bu gün üz-üzəyik. Mədəni dəyərlərin nümayiş və tirajlanmasında kino ilə müqayisədə TV-nin xeyli üstün özəllikləri var: daha geniş auditoriya toplayır, hər kəsin evində ola bilir və rəngarəng proqram seçimi nümayiş etdirir. Tеlеviziyа ilə kinоnun ortaq özəlliklərindən danışarkən mütləq o da qeyd edilməlidir ki, həm tеlеviziyаdа, həm də kinоdа görüntünü müхtəlif ölçülərdə vеrmək mümkündür. Hər iki vаsitədə görüntü və оnun еlеmеntlərindən (kаdr, plаn, mоntаj, rаkurs və s.), еləcə də musiqi və nitqdən istifаdə оlunur. Аdətən, tеlеtаmаşаçı qrupu çох yığcаm, təхminən, iki-üç yахud dördnəfərlik kiçik аuditоriyаlаrdаn ibаrətdir.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə