Uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət var - TƏHLİL

Gələcəyi gənclər müəyyən edir və bu baxımdan da cəmiyyətin gələcəyi məhz gənclərdən asılıdır. Elə buna görə də gənc nəslin düzgün tərbiyəsi hər zaman öz aktuallığını qoruyur. Uşaq və gənclərin fiziki, həmçinin mənəvi inkişafı daim diqqət mərkəzində olmalıdır. Cəmiyyət üçün savadlı, lazımlı vətəndaş olacaq uşaq və gənclərin yetişməsi gələcəyimizin etibarlı əllərdə olacağına təminat verir. Elə bu baxımdan da dövlətimiz uşaq və gənclərin fiziki, həmçinin mənəvi tərbiyəsinə, inkişafına xüsusi diqqət və qayğı göstərir.

Ölkəmizdə bir-birinin ardınca yeni-yeni məktəblərin tikilməsinə və əsaslı təmirinə xüsusi yer ayrılması heç də təsadüfi deyil. Bütün bu işlər uşaq və gənclərin düzgün tərbiyə olunmasına diqqətin bariz nümunəsidir. Təkcə paytaxtda deyil, Respublikamızın digər şəhər və rayonlarında, həmçinin ucqar kəndlərdə belə məktəb binalarının yenidən inşa edilməsi, bir çox təhsil ocaqlarının yenidən əsaslı təmir edilməsi, ən müasir avadanlıqlarla təchiz olunması artıq ənənə halını alıb. Bu da əbəs yerə deyil və dövlətimizin təhsil ocaqlarına diqqət ayırmasının sanki ənənəyə çevrilməsi məhz gənc nəslin düzgün tərbiyə olunmasına hesablanıb. Cəmiyyətimiz, Azərbaycan cəmiyyəti görür və fərqindədir ki, ölkəmizdə təhsil müəssisələrinə, təlim-tərbiyə ocaqlarına xüsusi qayğı da diqqət var. Bu isə ölkə başçısının, cənab Prezident İlham Əliyevin rəhbərliyi, eləcə də tapşırıqları ilə reallaşdırılır və bu da o deməkdir ki, gənc nəslin, uşaq və gənclərin düzgün tərbiyəsi prioritet məsələ olaraq qəbul olunur. Bu istiqamətdə görülən işlər isə sözsüz ki, təkzib edilə bilməz.

Diqqətə çatdıraq ki, təkcə məktəb binalarının, təhsil ocaqlarının tikintisi və təmiri deyil, idman infrastrukturunun daim yenilənməsinin də hər birimiz şahidiyik. Respublikamızın müxtəlif rayonlarında, bölgölərində idman komplekslərinin salınması, ən ucqar kəndlərdə belə idman meydançalarının qurulması da hər birimizə bəllidir. Sözsüz ki, sadalanan idman komplekslərinin salınması uşaq və gənclərdə idmana olan marağın artmasına zəmin yaradır. Müasir standartlara cavab verən idman komplekslərinin inşası, stadionların qurulması gənclərin idman sahəsində uğurlar qazanması üçün əvəzsizdir. İdmana marağı olan, idmanla məşğul olan gənclərdə isə sağlam ruhun olacağına şübhə edilə bilməz, çünki zərb məsəldə deyildiyi kimi, “sağlam bədəndə sağlam ruh olar”. Sağlam ruhlu gənclərimizin olması, uşaq və gənclərin sağlam ruhda yetişməsi isə onların layiqli vətəndaş olmaları üçün önəmli, vacib şərtdir.

Xüsusilə qeyd etmək lazımdır ki, uşaq və gənclərin sağlam böyüməsində, fiziki, psixooloji, mənəvi cəhətdən sağlam olmasında ailə tərbiyəsinin rolu əvəzsizdir. Uşaq və gənclərin düzgün tərbiyə alması ilk növbədə ailədən başlayır. Bu baxımdan da valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, ilk növbədə valideynlər öz uşaqlarının tərbiyəsinə, fiziki və mənəvi inkişafına, sağlam böyüməsinə görə məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Hətta deyərdik ki, buna görə cavabdeh olmalıdırlar. Valideynlər bilməlidirlər ki, övladlarının layiqli vətəndaş olmaları, cəmiyyətdə özlərinə layiqli yer tutmaları üçün fiziki və mənəvi cəhərdən sağlam böyümələri gərəkir və bu yöndə məsuliyyət daşıyan da onlar özləridirlər.

Məsələ burasındadır ki, təkcə ailə tərbiyəsi uşaq və gənclərin yetişməsində rol oynamır. Hansı ailədə böyüməsindən asılı olmayaraq uşaq və gənclərin tərbiyəsində təhsil ocaqlarının da xüsusi rolu olur. Uşaqlar cəmiyyətlə ilk dəfə məktəbə getdikləri zaman tanış olmuş olurlar və inların cəmiyyətlə təması məhz məktəb illərindən başlayır. Buna görə də uşaq və gənclərin təhsil ocaqlarında tərbiyəsi də xüsusi əhəmiyyət kəsb edir. Orta məktəblərdə vətənpərvərlik ruhunda böyüyən uşaqlar bunun ardınca ali təhsil ocaqlarında da eyni şəkildə tərbiyə almalıdırlar. Eyni şəkildə tərbiyə almalıdırlar ki, vətənimiz, dövlətimiz üçün layiqli vətəndaş olsunlar. Ali təhsil ocaqlarında layiqli vətəndaş olmaları gənclərimizə aşılanmalıdır. Onların təlim-tərbiyəsinə xüsusi diqqət ayrılmalıdır, çünki bu məsuliyyət bir tərəfdən də pedaqoqların, müəllimlərin üzərinə düşür. Belə bir məsuliyyətli peşə sahiblərinə də öz növbəsində cəmiyyətimiz xüsusi hörmətlə yanaşmalı, müəllim əməyi layiqincə qiymətləndirilməlidir. Çünki pedoqoji kollektiv uşaq və gənclərin tərbiyəsinə görə cavabdeh olmaqla böyük hörmət və ehtirama layiqdir.

Elm, bilik, savad, fiziki tərbiyə ilə yanaşı sözsüz ki, gənclərin normal xarakterdə yetişməsində vətəndaşlıq, vətənə məhəbbət hissinin tərbiyəsi də önəmli yer tutur. Milli maraqlarımızın, xalqımıza məxsus olanların qorunması, suverenliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur və azərbaycançılıq ideyası hər bir gəncimiz üçün əsas ideya olaraq aşılanmalıdır. Vətəni sevmək, vətənə sədaqətli olmaq, vətən uğrunda bacardığını əsirgəməmək əsl vətəndaş olmaq deməkdir və bütün bunlar azərbaycançılıq ideyasının əsasını təşkil edir, hansıki hər bir azərbaycanlı gənc məhz bu ruhda yetişməlidir. Bu ruhda yetişməlidir ki, suverenliyimiz, müstəqilliyimiz, ərazi bütövlüyümüz etibarlı əllərdə olsun. Heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, qətiyyəti, xalqımızın birliyi, Azərbaycan Ordusunun şücaəti, rəşadəti ilə əldə etdiyimiz qələbə, qazandığımız Zəfər də məhz bunun sayəsində, vətəndaşlarımızın vətəni sevməsi, vətən uğrunda canını, qanını belə əsirgəməməsi, Azərbaycanımız uğrunda birləşməsi, birliyi, həmrəyliyi, azərbaycançılıq ideyasının olması ilə reallaşdı. 44 günlük müharibənin məntiqi nəticəsi, əldə etdiyimiz Zəfər bizim gəncliyimizin necə vətənpərvər olduğunu dünyaya göstərdi və eləcə də Azərbaycan xalqı, ölkəmizin gəncləri vətəni necə sevmək lazım olduğu barədə düşmənə də dərs verdi. Hər kəs gördü və əmin oldu ki, Azərbaycanın oğul və qızları vətənə məhəbbət ruhundadır və etiraf etmək lazımdır ki, bu ruh uşaq və gənclərin düzgün tərbiyə almasından qaynaqlanır.

Vətən oğullarının, gənclərimizin öz torpaqları, ərazi bütövlüyümüz uğrunda hansı şücaətlə, hansı rəşadətlə döyüşdüyü, Azərbaycanın əzəli və əbədi torpaqları olan və 30 ilə yaxın düşmən əsarətində, işğal altında saxlanılan Qarabağın, eləcə də ətraf ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə müşahidə edilən qəhrəmanlıqlar bizim gənclərimizin hansı ruhda tərbiyə aldığını bir daha ortaya qoydu. Bir daha bəlli oldu ki, Azərbaycan vətəndaşlarının, ölkəmizin gənclərinin fiziki və mənəvi inkişafı lazımınca təmin olunub, bu istiqamətdə düzgün iş aparılıb.

Bəli, 44 günlük müharibədə gənclərimizin vətən uğrunda canını, qanını belə əsirgəməməsi, vətən uğrunda, hər qarış torpaqlarımız uğrunda, xalqımıza məxsus olan dəyərlər naminə mübarizə aparması, nəticədə də əldə etdiyimiz qələbə bir daha təsdiq etdi ki, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün gənc nəslin tərbiyəsinin, fiziki və mənəvi tərbiyənin rolu olduqca böyükdür. Deməli, bundan sonra da uşaq və gənclərin tərbiyəsin, fiziki və mənəvi tərbiyəsi prioritet məsələ olaraq qəbul olunmalıdır ki, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün, ölkəmizin təhlükəsizliyinin təmin olunmasının etibarlı əllərdə olacağına əmin olaq. Elə baxımdan da ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət var və dövlətimiz üçün də prioritet məsələ hesab olunur.

Müəllif: İnam Hacıyev

6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə