Gülxanımın səsi evi başına götürmüşdü.Yenə səhərin gözü açılmamış qadına sanki vəh gəlmişdi.Cümşüdü divanda oturmuş görəndə birnəfəsə başladı,nə başladı: - Bəh – bəh bəxtəvər başıma ,nə rahat oturub e... Deyirəm nə xoşbəxtsən ,necə rahat otura bilirsən. Niyə bir yerindən tərpənmirsən ? Niyə bir dosta,tanışa-bilişə zəng vurmursan ?Demirsən ki, yeddi aydir yapışmışam bu divana,işsiz-gücsüz qalmışam . İşləyəndə dostlarının sayı-hesabı yox idi. Niyəə... Güxanım niyəsinin dalını dətirməyə macal tapmadı. Cümşüd təbiətinə uyğun sakit səslə onun sözünü ağzında qoydu: - Niyə ,Gülxanım vurmuşam,demişəm,gözləyirəm. Adama eyni sözü neçə dəfə deyərlər. İndi nə deyirsən oturmayaq,ayaq üstə dayanaq. Rəhmətliyin qızı bir nəfəs al da. Elə bilirsən mənə xoşdu bekar oturmaq.Tək mən olsaydim,deyərdin niyə .Mənimlə bərabər on beş nəfər ixtisara düşdü. Vəziyyət belə gətirdi.
- Pah ,səninki bilirsən nəyə dönüb. Yaz var ,qış var ,nə tələsik iş var.Bir dəfə deməknən olmur e ,Cümşüd müəllim.Tez-tez əlaqə saxla,yada sal.Get görüş, xahiş elə . İndiki zamanda işsiz qalmaq bilirsən dəə, çörəksiz qalmaqdır.
- Gülxanım, sən bir səbrli ol,belə qalmayacaq,iş tapacam,-deyib ayağa qalxdı. Bayaqdan bir gözü nənəsində, bir gözü babasında olan qız nəvəsi nənəsinə yaxınlaşıb, sakit səslə : Nənə ,dalaşırsız? ,- deyə soruşdu.
-Yox,nənə qurban söhbət eliyirik.
Babasının qapıdan çıxdığını görən nəvə : -Baba,məni də özünlə apar,-dedi.
-Yox, babanın balası mənim işim var.Qoy işlərimi yoluna qoyum,işə düzəlim səni hara istəsən gəzməyə aparacam.
Gülxanım nəvəsinin qolundan tutub,tərs-tərs Cümşüdü süzdü :
-Hə ,düzəlessən, İnŞaAllah. Bu gedişlə sənin işə düzəlməyin qaldı İsrafilin zurna çalmağına .
Bu söz Cümşüdə yaman toxundu. Hirslə qapını necə çırpdısa uşaq nənəsinin ayaqlarını qucaqladı.
- Qapını çırpmağına bax e,uşaq qorxdu.Qorxma,nənə qurban, gəl sənə su verim. Nəvəsinə su verib, gətirib divanda otuzdurdu.Sonra masanın üstündəki meyvə qabından alma götürüb nəvəsinə verdi.Televizoru açdı.
-Nənə qurban sən almanı ye . Mən də yemək bişirim.Dayın da dərsdən gələcək.Yeməyimiz hazır olsun .Axşam maman gəlib səni aparacaq.
-Nənə ,getməyim də nolar,qalim da.
-Yaxşı,baxaram ,maman qoysa qalarsan,-deyib ,mətbəxə keçdi.
Cümşüd evdən necə çıxdısa, yolda hələ də hirsi soyumamışdı.Axı bir sözü nə qədər deyərlər. Bu Gülxanım niyə məni başa düşmür.Mənə təsəlli verməkdən, səbrli ol deməkdən , bütün günü deyinir.Özü də bilə-bilə ki,mən işsiz qala bilmirəm.Hər yerə soraq eləmişəm,dost-tanışa demişəm.Bəlkə də belə yaxşıdı.Hər ziyanın içində bir xeyir var. Allah bilən məsləhətdir. Beynində götür-qoy edə-edə, ürəyində özüylə danışır, heç hara getdiyini də bilmirdi.Bir də baxdı ki, Sabir bağına çatıb . Ətrafa nəzər saldı. Boş skamya tapıb, gedib əyləşdi.Bura onun tələbə dostlarıyla görüş yeri idi. Hər il may ayının ilk bazar günü bura yığışardılar. İllər keçdikcə bu da unuduldu. Əlini cibinə saldı.Telefonu götürmək istəyirdi ki,zəng gəldi. Səfər idi zəng edən.
-Səfər salam.
-Salam Cümşüd ,qardaşım Necəsən,uşaqlar necədir?
-Sağ ol ,qardaş .Şükür. Sizdə nə var,nə yox,Bakıdasan ? Nə vaxt gəlmisən Moskvadan ?
-Dünən gecə gəlmişəm. Salamatçılıqdır. İki-üç günlük işlə bağlı gəlmişəm . İçəri şəhərdə bir iş görüşməm var , dedim bu gün işdən sonra sənlə də görüşüm.Hardasan?
- Hə ,nə yaxşı.Xoş gəlmisən, həmişə vətəndə . Mən Sabir bağındayam.
-Yaxındayam , gözlə , on deqiqəyə çatıram..
Səfər dediyi vaxtdan da tez çatdı. Əl verib görüşdülər,qucaqlaşdılar .
-Cümşüd ,dostum deyəsən ötən günləri yada salmısan.Nə yaxşı bu saatda vaxt tapıb dincəlirsən.Zamanın varsa bu gününü mənə ayır,-zarafatla əlini Cümşüdün çiyninə vurdu.
Cümşüd bir anlıq susdu .
- Niyə susdun ,-Səfər soruşdu.
- Nə istirahət Səfər ,qardaşım .Bekarçılıqdır. Nə gizlədim yeddi aydı zaman özünü verib mənim ixtiyarıma.
-Doğurdan ?- Bəs mənim niyə xəbərim yoxdu. Danışanda da deməmisən . Belə de.Onda dur gedək.Bər iş görüşməm var.Sənə də maraqlı olar.İş gördüyüm yoldaşlarla da səni tanış edərəm .Oturub ətraflı söhbət edərik.
Səfər Cümşüdlə bir unəversitetdə təhsil almışdı.Tələbə yoldaşlığı sonradan çox yaxın dostluğa çevrilmişdi.Bakıda yaşayanda tez-tez görüşüb,əlaqə saxlayırdılar. Bir neçə il idi ki, Səfər işlə bağlı ailəsiylə Moskvaya köçmüşdü.Ondan sonra ancaq telefonla əlaqə saxlayır, Bakıya gələndən gələnə görüşərdilər. Cümşüd işdən ayrılandan sonra bir-iki dəfə telefonla danışmış,ancaq işdə ixtisara düşdüyünü deməmişdi.
İçərişəhərdəki iş görüşməsi bir neçə saat çəkdi. Bu görüş Cümşüd üçün də çox xoş,uğurlu oldu. Ona çox yaxşı bir iş təklif olundu.Bu iş Cümşüdün ürəyincə oldu. İş görüşməsinin sonunda onlar İçərişəhərdə ən yaxşı restoranların birində oturub Cümşüdün yeni işini qeyd edib, yaxşıca yeyib- içdilər, doyunca söhbət etdilər.Belə razılaşdılar ki, sabah Səfər Cümşüdü yeni iş yerinə təqdim edəcək. Özü də iki gündən sonra Moskvaya qayıdacaq. Artıq tez-tez Bakıya gəlməyəehtiyac olmayacaq . Cümşüd burdakı işlərə də nəzarət edəcək .
Sabah görüşərik deyib, ayrıldılar.
Cümşüd evdən nə qədər hirsli çıxmışdsa, bir o qədər şən evə dönürdü.Hələ desə ürəyində Gülxanımın deyinməyinə haqq da qazandırırdı.Bax, Gülxanım deyinməsəydi, mən də hirslənib evdən çıxmazdım. Sabir bağına getməsəydim , Səfərlə rastlaşmazdım.Qismət Vallah. Telefonda mən heç vaxt Səfərə işsiz olduğumu deməyəcəydim.Yaxşı ki, görüşdük.Səfər tələbə vaxtından belə idi. Qrup nümayəndəsi idi . Zaçot,imtahan vaxtı əldən-ayaqdan gedirdi. Hamının qayğısına qalırdı.Nə isə əsil dost,qardaşdı.Həmişə mənə doğma münasibət bəsləyib.Ürəyində belə dostu olduğuna çox qürurlanırdı.Evə çatmağa tələsirdi.
Gülxanım sakitləşmişdi.Ancaq Cümşüddən sarı çox niğaran idi.Görəsən bu kişi hara getdi ac-susuz.Hardadı neçə saatdı.Sualları beynindən çixara bilmirdi. Günorta yeməyini yeyib,yiğışdırmışdı.Başını qatmaq üçün yataq otağinda yır-yığış
edirdi ki,nəvəsi sevincək qaça-qaça gəlib:
-Nənə ,ay nənə televizorda dedilər ki, konsertimizə başlayırıq. Zurnada çalır İsrafil.
-Nənə ,ay nənə sən deyirdin e İsrafil. İndi çalır.
Gülxanım ağzını açib nəvəsinə nə isə demək istəyirdi ki, qapının zəngi dayanmadan bir neçə dəfə çalındı. Gülxanımn bir gözü nəvəsində,bir gözü qapıda bir anlıq çaşıb qaldı .Bilmədi nəvəsinə cavab versin,ya qapını açsın.
-Nənə qurban,İsrafil nə çalır. Çaşdım e ,ay bala ,dayan qapını açım ,-deyib nəvəsinin qolundan tutub, qapiya tərəf getdi.Musiqi sədaları atlında qapını açdı.
Cümşüd təbəssümlə : - Bayy Gülxanım xanım , məni zurna havasına qarşılayırsan. Nə bildin xeyir xəbərlə gəlmişəm.Yol ver, keçim.
Gülxanım duruxdu. Dili söz tutmadı nə Cümşüdə cavab versin ,nə nəvəsinə . Cümşüdün keyfini yaxşı görüb, iş tapdığını anladı.Başını göyə tərəf qaldirib ,gözlərilə şükür etdi Rəbbinə. Sonra əyilib nəvəsinin üzündən öpdü. Sakit səslə : - Nənə sən qurban ,qoymayacam maman səni aparsın , qalarsan nənənin yanında ,-dedi.
Fil.ü.f.d. Ofelya Sultanqızı
İstanbul .
Bütün xəbərlər Facebook səhifəmizdə