...Yenə də adəti üzrə vaxtaşırı onunla görüşüb-dərdləşib, mehriban söhbətlərə və xatirələrə ekskursiya etməklə vaxtaşırı çay içər, bəzən bir tikə çörək də kəsmək fikirindəyidik... Təəssüf ki, uzun illərdən bəri baş tutmuş görüşlərimizə, təmaslarımıza, rayon tədbirlərindəki əlaqələrimizə, etiraf edim ki, artıq yaşlanmış bizlər ücün tez-tez səfərlər etmək, istəklərimizə, ürəyimizdən kecənlərə yetmək arzularımıza göstərdiyim səbəbdən coxlarımıza müyəssər olmur.

Qoca və ahıl adamların sıraları və ətrafı, yaxınları getdikcə daraldıqca, seyrəldikcə bu kövrək zümrədən olan insanlar sıxıntı keçirir və darıxır, əqidə dostları və həmyaşıdları bir yerdə oxuduqları, işlədikləri ilə hər hansı vasitə ilə görüşməyə çalışırlar. Beləcə sınaqdan keçmiş dostlar illər ötsə də heç olmasa keçmişin xoş xatirələrini həvəslə dilə gətirməklə imkan daxilində biri-biri ilə hərdən əlaqə yaratmaq hisslərindən kənarda durmaq istəmirlər.

Yaxşı ki, tanıdıgım, vaxtı ilə birgə təhsil aldıgımız, qonşuluqda yaşadıgımız, iş yerində birlikdə çalışdığımız, yaxın münasibətdə olduqlarımız əqidə qardaşlarımız barədə bildiklərimi hec vaxt unutmamışam və 17 kitabımın hər birində, yüzlərlə məqalə və yazılarımda ehtiramla onların adlarını cəkir, bəzən tam portret cizgilərini yaratmağa calışmışam.

Pessimimizmə qapılmaq istəmirəm, ancaq səmimi açıqlayım ki, son 2-3 ildə hər həftə, bəzən daha tez-tez istəkli, ünsiyyəti xoşlayan həmfikir insanlarla, dost-tanışlarla təmasda olmagı üstun tuturam. Çoxu ilə yaxın həftədə və ya günlərdə, Novruzqabagı mütləq Masallıda görüşəcəyimzi bildirənlər də cox idi.

Bir də bir balaca səbəb də vardı – bir il əvəl agır əməliyyat kecirdiyimi eşidib məni yoluxmaq da istəyirdilər. Ancaq sirdaşım, dostum, 1967-ci ildən tanıdıgım Musa müəllim, onlarla yaxınım arada evdə gəlib məni yoluxmuşdular. Qaradag rayonunda İcra Hakimiyyəti başcısının müavini işləmiş, sonradan təqaüdə cıxmış, 60 il əvvəl dərs dediyim kecmiş şagirdim Agahüseyn Ağayev, orta məktəb dostlarımdan olmuş elmlər doktoru Zeydulla Ağayev, idman xadimi Vaqif Əliyev, tanınmış şəxsiyyət, uzun müddət rayonda məsul vəzifələrdə çalışmış Maşalla Kərimov Sumqayıtda vəzifələrdə işləmiş Şakir Həsənov, Astaradan olan komsomol orqanlarında eyni vaxtda işlədiyimiz Arif Axundov, Yardımlıdan ağsaqqal dostum Məzlum Mənsimov, yüksək komsomol partiya, icra və sovet orqanlarında yorulmaq bilmədən saç ağartmış, səmərəli fəaliyyəti ilə fərqlənən, vəfatından bir gün əvəl Masallıda birgə tədbirdə iştirakımızla, yuxarıdakı yaxınlarım kimi ertəsi gün dünyasını dəyişdi. Belə – yuxarıda adlarını çəkdiyim doslarla bir müddət gözləntililiklə ümidlə görüşəcəyimiz vəd, arzu baş tutmadı. Sadaladığım və bir neçə yaxınım gözlərini əbədi yummuşdular.

Elə barəsində bu yazımda söz açacağım mənə və hər kəsə çox əziz olan Masallının Xıl kəndində doğulub yüksək pillələr qazanmış tanınmış alim , ağsaqqal, yaradıcı şəxsiyyət, elə həmin intizarlıqla bizi tərk edən, baharın bu gözəl füsünkar çağında daim əlaqə saxladığım Musa müəllim də ... Son iki həftədə telefonu susan ağsaqqalımız və ustadımız, böyük alim mehriban insan, gözəl ailə başçısı Musa Quluzadə ilə bu günlərdə növbəti görüşümüzə hazırlaşırdıq. Amansız qəfləti vəfatı hamımızı çox sarsıtdı. Hər Masallıya gəlişində bizlərə pozitiv enerji, xoş ovqat bəxş edən dəyanətli, sadiq dost idi Musa müəllim. Əməlləri, davranışı, səs tembri, addımları xeyirxalığa nizamlanan böyük ədəb-ərkan sahibi rayona gəlişlərində yol-abadlıq, təhsil, təhiyyə, mədəniyyət və digər məsələlərlə bağlı narahatlıqların həlli üçün rayon rəhbərliyi ilə də görüşər, ziyalı və ağsaqqallarla, keçmiş tələbələri ilə oturub söhbətləşər, şirin-şirin məsləhətləşər, sual və sorğuları əhatəli cavablandırmaqla həmsöhbətləri üçün həmişə maraq doğurardı.

Nə edəsən? Bundan sonra bizlər, onu tanıyanlar respublikada tanınmış tarixçi alim, cəmiyyət məsələlərinin, dərin bilicisi, təcrübəli siyasətçi və kamil dünyagörüşlü bu müdrük insan – Musa müəllimi yalnız xatirələrimizdə əzizləyib, yada salıb dərindən ah çəkəcəyik, ruhunu xoş təəssüratlarımızla şad etməyə çalışacağıq. Başımız sağ olsun. Yeri behişt olsun dostumuzun deyəcəyik.

Heç olmasa Masallıdakı bir görüşümüzü bu kədərli yazımda dilə gətirim: bir çox hallarda həssas və bizdən xeyli cavan olan Seyfəddin Əliyev İdarəçilik Akademiyasında ona dərs dediyi müəlliminə hədsiz vurğunluğuna rəğmən bir dəfə məlumatm olmadığından məni də bir görüşə dəvət etdi. Həvəslə razılaşdım. Getdik, gördük ki, Musa müəllim hələ xeyli əvvəl zamanlarda Kubada birlikdə səfərdə daha yaxından tanıdığı və həmin ərəfədən son günlərədək “Musa qağa” ifadəsi ilə dostlaşaraq bizləri də belə qardaş olmağa səsələyən Xalq şairimiz Nəriman Həsənzadə buradadı. Tanıdığı Masallı yazarları barədə bir-bir suallarına cavab verdik. Ətraflı söhbətləşdik.

Şirin, həzin ləhcəsi , orijinal fikirləri ilə bizləri heyran etdi ədəbiyyatımızın korifeylərindən sayılan ustad sənətkarımız.
Söhbət zamanı ağsaqqal yazarımız üz tutub hələ 1972 ci ildə rayon təşkilatımızdan komsomolu qurultayına seçildiyi nümayəndə kimi Bakıda rayonumuzdan gələn nümayəndələrimizlə ayaqüstü görüşümüzü ona xatırlatdım. Həmin vaxtdan Musa müəllimin hesabına Nəriman müəllimlə əlaqələrimiz davam etdi. 1993 cü ilin yaz-yay aylarında AXC- Müsavat cütlüyünün uğursuz rəhbərliyi dövründə respublikamızda yaranmış hərtərəfli böhran vəziyyəti, xüsusilə daxildə parçalanma prosseslərinin elə ölkəmizin cənubunda da indi də hər birimizə utanclıq və başıaşağalıq gətirən Talış-Muğan Respublikası xülyalarına qarşı dövlətçiliyimizin müstəqilliyinə qəsd cəhdləri zamanı Masallıdan olan tanınmış alim və şəxsiyyətlərdən Musa müəllim başda olmaqla Zeydulla Ağayev, Fərahim Sadıqov, Vəsadət Əzizov, Əsədulla Cəfərov, Ağalar İdrisoğlu və xeyli başqası bu olaylara etiraz əlaməti olaraq rayonumuza tez-tez səfər edirdilər. Ölkəmizdə o vaxtlar yaranmış özbaşınalıq, iqtisadi böhran, idarəetmənin tənəzzülü və s. dözülməz münasibət və qətiyyətlik göstərmək əlaməti olaraq Masallıda keçirilən mitinqlərdə vaxtaşırı iştirak edirdilər. Burada qərar qəbul olundu ki, cənub bölgəsinin ziyalı və ağsaqqal alimləri rayon sakinləri adından təmsilçi olaraq buradakı ab-havanı canlı yayımla AZTV-də səsləndirsinlər. Belə də oldu.

Son illərdə Musa müəllim əlamətdar, tarixi hadisələrə həsr olunan ümumrayon tədbirlərinə dəvət alıb peşəkar və maraqlı məruzə və çıxışları ilə auditoriya tamaşaçılarını dərindən heyrətləndirirdi. Rəhmətliyin mənimlə çoxlu qarşılıqlı yaradıcı mübadilələrimiz olub, yazılarımda və kitablarımda onun keçdiyi mənalı həyat və ömür yolu tərəfimdən daim təbliğ olunub. Xüsüsilə, gəncəlirimizə, gələcək nəslə nümunə göstərilib.

Qələmə aldığım yazı fürsətindən istifadə zamanı şəxsi arxivimdə olan Musa müəllimin kitabları və məqalələri, şəkilləri içərisində, habelə əsərlərindən, yaxud müəllifi olduğum 20-yə yaxın kitab və barəsində qələmə aldığım çoxlu məqalə və ədəbi nümunələrdən seçim edə bilməsəm də bir neçə il əvvəl Masallı ictimayyətini Bakıdan gəlmiş onun dostlarının geniş iştirakı ilə baş tutmuş 80 illik yubley tədbirindən yalnız bir xatirə şəklini yazıya əlavə etdim, bir də bu kədərli ovqatla bağlı kövrək qəlbimlə eldən gedən böyük insan və alimimiz Musa müəllimin dəfini zamanı çıxışımda sadaladığım fikirlərimdə insani keyfiyyətlərini qəlbimdən qoparıb mərasim iştirakçılarına paylaşdım ki, bu ağır itkini bundan sonra da yaddan çıxarmayacağımız barədə mənəvi borc kimi həmkəndliləri, yaxınları və dostları - heç kəs unutmasın. Yaradıcı insan haqqında nə isə yazanda gərək heç olmasa bir parça ədəbi nümunə də yer alsın:

Həyatın mənası tox olmaq deyil,
Fərasət-dövləti çox olmaq deyil,
Ölmək bu dünyadan yox olmaq deyil.

Musa Quluzadənin parlaq siması, qazandığı ad-san, xidmətlər və ən başlıcası insani əxlaqi keyfiyyətləri yaxınları və onu tanıyanların xatirəsindən heç vaxt silinməyəcəkdir.

Ələşrəf NİFTİYEV,

III dərəcəli “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu veteranı, Respublika Yazıçıları və Jurnalistləri Birliklərinin üzvü,
Masallı Rayon Ağsaqqallar şurasının sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə