Bu gün bəzi rayonlara dolu düşəcək

Bu gün bəzi rayonlara dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam tutqun olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülaylim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə