Əsəbinizi nəzarətdə saxlamaq üçün 10 tövsiyə

Əsəbinizi nəzarətdə saxlamaq üçün 10 tövsiyə
Əsəb normal və hətta sağlam bir duyğudur. Ancaq əsəbinizlə müsbət bir şəkildə mübarizə etməlisiniz. \"Əsəbiləşmək üçün bu qədər səbəb varkən insan necə sakit ola bilər\" də deyə bilərsiniz. Bunları etməyi təcrübədən keçirin. Əsəbinizi nəzarətdə saxlamaq üçün köməkçi 10 tövsiyə:

1. Reaksiya vermədən əvvəl 10-a qədər saymaq əsəbinizi yatıra bilər.

2. Mühitdən uzaqlaşın:
Əsəbiniz bir az sakitləşənə qədər əsəbiləşdiyiniz adamdan uzaq durun.

3. Sakitləşincə fikrinizi ifadə edin.

4. İdman məşğul olmaq da sizə kömək edə bilər.

5. Nəsə söyləməmişdən öncə diqqətli düşünün. Əks halda peşman olmaq ehtimalınız çoxdur.

6. Siz əsəbiləşdirən adamla problemlərinizi həll etməyə çalışın.

7. Problemi izah edərkən \"mən\" sözünü istifadə edin.

8. Kinli olmayın. Əgər qarşınızdakı adamı bağışlasanız, bu ikiniz üçündə faydalı olar.

9. Gərginliyi aradan qaldırmaq üçün yumora keçin.

10. Sakitləşməyi bacarın. Bu sizi stressdən və əsəbdən qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə