Avstraliyanın Viktoriya ştatının hökuməti təhqiredici, ədəbsiz və nalayiq ifadələrə görə cərimə tətbiq etməyi planlaşdırırlar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni qanun layihəsi polis əməkdaşlarına qanunu pozanları yerindəcə cərimələməyə imkan verir. Cərimənin məbləği 240 Avstraliya dolları olacaq.
Ştat rəhbərliyinin fikrincə, yeni qanun hüquq mühafizə orqanlarına küçədə bərkdən danışaraq ətrafdakıları narahat edənlərlə daha səmərəli mübarizə aparmağa kömək edəcək.
Viktoriya əhalinin sayına görə, Avstraliyada ikinci böyük ştat sayılır. Ştatın əhalisi 5,5 milyondur. Qeyd edək ki, əhalinin 75% Melburn şəhərinin sakinləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB