İngilislər ciddi əziyyət çəkirlər

İngilislər ciddi əziyyət çəkirlər

İngiltərədə spirtli içkidən əziyyət çəkənlərin sayı durmadan artır. SİA-nın məlumatına görə, spirtli içki aludəçiləri arasında xəstəxanalara müalicə üçün müraciət edənlərin sayı 1 milyonu keçib.

İngiltərənin Milli Sağlamlıq Xidmətinin hesabatında müəyyən olub ki, İngiltərədə spirtli içki istehlakı eyni zamanda xəstəliklərin də sayını artırır: \"Hesabatın nəticələrinə görə, xəstəxanaya müraciət edən spirtli içki aludəçilərinin sayı 2009-2010-cu illər ərzində1 milyon 57 min adama çatıb. 2008-2009-cu illərdə bu rəqəm 945 min 500 adam, 2002-2003-cü illərdə isə 510 min 800 adam idi. Builki hədd qaraciyər, psixi, xərçəng xəstələrinin, qəza və cinayət hadisələrinin sayına ciddi təsir edib. Eyni zamanda xəstəxanaya müraciət edən hər 3 nəfərdən ikisi kişidir\". Hesabatdan sonra İngiltərə Səhiyyə Nazirliyindən içki istehlakı strategiyası ilə bağlı açıqlama gözlənilir.

Xatırladaq ki, İngiltərədə mağazalardan içki almaq üçün müəyyən olunmuş yaş həddi 18-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə