Qaratut siropu və ya qara tutun yarpaq və qabıqlarının qaynadılması ilə əldə edilən maye ağız və boğaz antisepsisində, diş əti iltihabları üçün çox təsirlidir. SİA-nın xəbərinə görə, qaratutda çox güclü bir antioksidant var. Antioksidantlar da immunitet sistemini gücləndirir. Ürəyi qoruyan və yaşlanmağı gecikdirən təsirləri vardır. Qaratut yorğunluq vəziyyətində çox faydalıdır. Çünki halsızlığa dərman olarkən, yorğunluğu da yox edir. Eyni zamanda yuxusuzluğa da çarə olur. Qaratut qan təzyiqini salır, həzm sistemindəki narahatlıqları da yox edir. Mədə sekresiyasını artırdığı müəyyən edilmişdir. Saçların və xüsusilə də dişlərin güclənməsi üçün mütləq bol-bol Qaratut istehlak edin. Saçların və diş dostu olaraq bilinir. Ac qarına yeyilən ağ tut bağırsaq qurdlarını salar. Mədə və bağırsaqları rahatlaşdırır. Qara tut isə ağız və boğaz iltihablarına yaxşı gəlir. Tut dünyanın ən ekoloji məhsullarından biri olaraq sayılır. Tut, kalsium, dəmir, B1, B2 və C vitamini cəhətdən zəngindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB