Orqanizmin ümumi möhkəmliyini təmin etmək üçün yeməkdən sonra 1 çay qaşığı qara zirə yağı qəbul etmək məsləhət görülür ki, bu bir günlük norma hesab olunur. SİA-nın xəbərinə görə, bu norma artırılmamalıdır. Qara zirənin istifadəsi zamanı əks-təsir halı hamiləlikdir. Qara zirə döyülüb toz halına gətirildikdən sonra isti su ilə içilərsə, böyrəklərdə və sidik kisəsində olan daşları əridir. Uzun müddət içildiyi təqdirdə, sidiyi, və südü artırır. Sirkə ilə bir yerdə qızdırılıb qarnın üstünə sürtüldükdə tüklərin kökünü məhv edir. Döyülüb bir müddət buruna çəkildikdə zökəmi sağaldır. Qara zirə yağı saçqıran xəstəliyə və ziyillərə qarşı müalicə vasitəsi kimi faydalıdır. Su ilə bərabər bir misqal içilərsə, astma və digər nəfəs yolu xəstəliklərə müsbət təsir göstərər. Soyuq baş ağrısı zamanı qara zirə yağından sarğı hazırlayıb başın ağrıyan hissəsinə qoymaq lazımdır. Qara zirə sirkədə qaynadılaraq qarqara edilərsə, soyuqdan ağrıyan dişlərin ağrısının kəsməsinə səbəb olar. Üyüdülüb toz halında buruna çəkilərsə, gözün sulanmasının qarşısını alır. Sızanaq və dərisi çatlamış qaşınmalara qarşı təsirli vasitədir. Qara zirə yağı buruna çəkildikdə üz iflicini, yarım misqaldan bir misqala qədər içildikdə isə zəhərli hörümçək dişləməsini sağaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB