Meksikada qısa ətəklərə qadağa

Meksikada qısa ətəklərə qadağa

Meksikanın Navalto şəhərinin meri Evilio Plata ölkədəki qızların mini ətək geyinməsinə qadağa qoyulması fikrini irəli sürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mer bu fikri onunla əsaslandırıb ki, qızlar qısa ətək geyinərək daha cəzbedici olur və bunun da nəticəsində vaxtından əvvəl hamilə qalırlar.

Mer hesab edir ki, bu qərarın qəbul olunması ilə ölkədəki bu problem qismən olsa da aradan qalxacaq: "Əgər qızların geyindikləri ətəklər uzun olsa o zaman bu kimi problemlərdə olmayacaq. Sevindirici hal olardı ki, bu qərar digər ölkələrdə də qəbul olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə