Mədə bulantısı, iltihab və orqanizmdəki bir çox xəstəliklərin qarşısını almağa kömək edən zəncəfilin xərçəng xəstəliyinin müalicəsinə də faydalı olduğu bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Miçiqan universitetində aparılan bir sıra tədqiqatlar, zəncəfilin yaxın gələcəkdə yumurtalıq xərçənginin müalicəsində istifadə ediləcəyini sübut edib. Tədqiqatlar zamanı zəncəfil toz halında əridilərək xərçəngli hüceyrəyə tətbiq edilib.
Zəncəfilin xərçəng hüceyrələrini öldürdüyü və xərçəngə yoluxmuş hüceyrənin kimyaterapiyaya qarşı da dözümlü olmasına şərait yaratdığı müşahidə olunub. Zəncəfilin xərçəng xəstəliyinin müalicəsi ilə bağlı dərmanlarda istifadə ediləcəyini bildirən mütəxəssislər daha dəqiq nəticə əldə etmək üçün tədqiqatlarını davam etdirilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB