100 min arı ilə şou

Arıçılıq üzrə mütəxəsis Norman Qari BBC telekanalının çəkilişi üçün bədənini 100 min arı ilə örtüb. SİA-nın xəbərinə görə, 77 yaşlı təqaüdçü Qari arılarla dostluğundan məmnun olduğunu deyib. Hər dəfə arılarla şou göstərən Norman yanında hər ehtimala qarşı həkim saxlayır. Arılarla bağlı bəzi məsləhətlərini verən mütəxəssis qeyd edib ki, sancma zamanı iynə nə qədər tez çıxarılsa, ağrısı da o qədər az olar: "Neçə illərdir ki, istədiyim zaman bədənimə "arı paltarı" geyinə bilirəm. Arıların mənə bürünməsi üçün iki üsuldan istifadə edirəm. İlk öncə üstümə şirə çəkirəm, ikincisi isə ana arını tutaraq istədiyim yerə qoyuram. Bundan sonra çox qısa zamanda arılar mənim üstümə toplaşırlar".

Bu günə kimi onu nə qədər arı sancdığına gəlincə, Qari "bunu dəqiq saymamışam, amma bilirəm ki, ən azı 75 min dəfə sancıb" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə