Dünyanın ilk hərəkətli zavodu tikiləcək

Dünyanın ilk hərəkətli zavodu tikiləcək

İngilis-Hollandiya Neft şirkəti olan Royal Dutch Shell mayeləşdirilmiş təbii qaz (maye qaz) istehsal edən dünyanın ilk hərəkətli zavodunu tikmək niyyətindədir. SİA-nın xarici mətbuata sitinadən verdiyi xəbərə görə, bu barədə şirkətin öz press-relizində qeyd olunub.

Analitiklərin hesablamalarına görə, layihənin qiyməti 8-15 milyard dollar ola bilər.

Avstraliya sahillərindən 200 kioometr aralıda yerləşəcək zavoddan 3 milyard maye qaz hasil olacağı nəzərdə tutulur.

2009-cu ildə Koreya şirkətinə hərəkətli maye qaz zavodu kimi istifadə olunacaq nəhəng gəminin hazırlanması ilə bağlı sifariş verilib.

Qeyd edək ki, gəminin uzunluğu 488 metr olmaqla yanşı 600 min ton yükdaşıma qabiliyyətinə malik olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə