“Google\" yeni musiqi servisi yaradıb

“Google\" yeni musiqi servisi yaradıb

"Google\" korporasiyası musiqi servisi yaradıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Google Music Beta" adlanan servis ilk dəfə ABŞ-ın San-Fransisko şəhərində keçirilmiş beynəlxalq konfransda təqdim olunub.

Hazırda yeni servisdən yalnız Birləşmiş Ştatlardakı istifadəçilər yararlana biləcəklər. Yeni servis vasitəsilə 20 minə yaxın mahnı köçürmək mümkündür.

Köçürülən mahnılara kompyuter və ya mobil telefonda internet vasitəsilə qulaq asmaq olar.


Bütün xəbərlər Facebook səhifəmizdə