Fransız alimləri ən xeyirli içkinin reseptini hazırlayıblar

Fransız alimləri ən xeyirli içkinin reseptini hazırlayıblar

Fransız alimləri insan sağlamlığı üçün ən xeyirli olan içkinin reseptini hazırlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onların fikrincə, yeddi meyvə və giləmeyvələrinin qarışığından hazırlanan içki insan orqanizmində immun sistemini aktivləşdirir, ürəyi möhkəmləndirir, qan dövranının yaxşılaşdırır.

İndi isə sizə həmin resepti təqdim edirik:

30 üzüm giləsi

15 qaragilə

9 çiyələk

12 alma

8 mərsin

5 səhra albalısı ( və yaxud 1/2 kivi)

5 quşarmudu ( və yaxud qara qarağat)

Bu sadalanan meyvə və giləmeyvələrdən hazırlanan kokteyl insan orqanizminin xəstəliklərdən yetərincə qorunmasına yardım edəcək.

Bu kokteylin dadına baxmaq heç də pis olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə