Sosial şəbəkələrdən biri virus hücumuna məruz qalıb

Sosial şəbəkələrdən biri virus hücumuna məruz qalıb

Facebook sosial şəbəkəsinə virus düşüb. SİA-nın xarici mətbuata istinadən vediyi xəbərə görə, şəbəkəyə buraxılan spam-virus nəticəsində istifadəçilərin səhifəsində Bəyənmədim ("Dislike") funksiyası peyda olmağa başlayıb.

İstifadəçilərə guya hansısa dostu tərəfindən gələn spamda düyməni bas və yeni imkanları sına yazılıb.

Ən dəhşətlisi odur ki, yazının altında yeni düymə peyda olur ki, həmin düymə klik olunduqdan sonra səhifə "The Lyed To Me" saytına yönləndirilir və bu zaman zərərli skript işə düşməyə başlayır.


Bütün xəbərlər Facebook səhifəmizdə