Alimlər yeni sinif planetlər aşkar ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni planetlər ana ulduzdan ayrı fəzada sərbəst uçduqları bildirilir.
"Kimsəsiz" adlanan planetlərin 10-dan çoxunu aşkar edən tədqiqatçılar bizim qalaktikada bu planetlərin sayının, əslində, ulduzlardan çox olduğunu ehtimal edirlər.
Yaponiya və Yeni Zelandiya astronomları Yupiter ölçülü bu obyektlərin sayının orbitdəki ulduzların sayını ötüb keçdiyini deyirlər. Başqa astronomlar planet ölçülü yeni sinif obyektlərin kosmosu anlamağa stimul yaratdığını və davamlı tədqiqatlara həvəsləndirəcəyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB