Dünyanın ən yaşlı sakinin 115 yaşı var

Dünyanın ən yaşlı sakinin 115 yaşı var

Dünyanın ən yaşlı sakini Qomes Valentim Braziliyada yaşayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qadının 115 yaşının tamam olmasına bir neçə gün qalıb.

"Ginnesin rekordlar kitabı"na düşən qadın əsas "rəqibi" Bessi Kuperi 48 gün qabaqlayıb.

Braziliyalı qarı 1896-cı il iyulun 9-da doğulub. 1913-cü ildə o, ərə gedib. Qadının əri 1946-cı ildə dünyasını dəyişib. Onun 1 oğlu, 4 nəvəsi, 7 nəticəsi, 5 kötükcəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə