Yadplanetlinin video görüntüsü müzakirə obyektinə çevrilib

Yadplanetlinin video görüntüsü müzakirə obyektinə çevrilib

İnternetdə yadplanetlinin əks olunduğu kadrların yayılması geniş müzakirə obyektinə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir çoxları onu saxta saysa da, kifayət qədər onun əksini düşünənlər də var.

İstənilən halda, video naməlum uçan obyektlərin araşdırılması ilə məşğul olan dairələrdə qızğın müzakirəyə səbəb olub. Bəzi mütəxəssislər görüntüdəki canlının hərəkətlərinin həddindən artıq təbii olduğunu bildirir.

Onlar hesab edir ki, əgər görüntülər saxtadırsa, onu kompüter effektləri sahəsində fövqəladə bacarığı olan şəxs hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə