Cari ildə Avropada 7 milyona yaxın 3D televizorunun satılması proqnozlaşdırılır
2011-ci ildə dünya üzrə 3D televizorların satış həcmi təqribən 500 faizədək artacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu \"In-Stat\" təşkilatının analitikləri proqnozlaşdırıb.
Bir neçə ildən sonra satışa çıxarılan genişekranlı televizorların əksəriyyəti üçölçülü formatı dəstəkləyəcək. Bununla belə 40 və daha artıq düym diaqonallı ekranlarla təchiz olunan televizorların demək olar ki hamısı 3D imkanına malik olacaqlar.
2011-ci ildə üçölçülü təsvir imkanlı displeylərin ən iri bazarı Avropa olacaq. Burada cari ildə 7 milyona yaxın 3D televizor satılmalıdır. 2015-ci ilə kimi isə bu göstəricidə 3D-kontenti dəstəkləyən televizor bazarının 32 faizinə nəzarət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB