3500 illik mumiyaların saxladığı sirr

3500 illik mumiyaların saxladığı sirr
Dünya alimləri ən qədim mumiyalardan bəzilərinin üzərində həm tibbə, həm də tarixə işıq salacaq bir elmi araşdırma aparıb. Misir alimləri mumiyaları incələyərək ürək çatışmazlıqlarının minlərcə il əvvəl nə qədər geniş yayılan bir xəstəlik olduğunu anlamağa çalışıblar. Qahirədə yerləşən Misir Muzeyində tapılan 50-dən çox mumiyanın üzərində aparılan analizlər təəccüb doğuran məqamları ortaya çıxarıb. Alimlər CT skan analizindən keçirilən 52 mumiyadan 44-də ürək çatışmazlıqlarının minlərcə il əvvəl nə qədər geniş yayılan xəstəlik olduğunu ortaya çıxarıblar. Daha bir marağa səbəb olan məqamsa burasıdır ki, tədqiq edilən mumiyaların yarısından çoxu Fironun ailəsinə mənsub və ya yaxın olan insanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə