Uşaq geyimləri üzrə dizayner və modelyerlər hesab edir ki, hər bir uşaq geyimi onun xarakterini əks etdirir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onların fikrincə, uşaq geyimləri ümumiyyətlə, al-əlvan və uşaqların xasiyyətinə uyğun olmalı, təbii materiallardan hazırlanmalıdır.
Dizaynerlər bu geyimlərin üzərində çox vaxt uşaqların sevdiyi heyvanları, qəhrəmanları, müxtəlif hərfləri əks etdirməyə üstünlük verir. Bu mövsümün dəbdə olan əsas parçası qırçınlı materiallardır.
Yaz mövsümündə uşaqlar üçün cins yubkalar, toxunma parçalar, eləcə də xırda velvetdən hazırlanan paltarlar dəbdə olacaq. Donlara gəlincə, açıq çəhrayı rəngli paltarlar üstünlük təşkil edəcək. Oğlanlar üçün isə çoxlu cibi olan şalvarlar dəbdədir.
Mövsümün əsas rəngləri ağ, yaşıl, açıq qəhvəyi və solğun sarıdır. Ötən movsümlərdə olan saya rənglər isə artıq dəbdən düşür.
Baş geyimlərində isə əsasən beretlər və toxunma papaqlar dəbdə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB