Bu yayın ən dəbli kişi geyimləri- FOTOSESSİYA

Bu yayın ən dəbli kişi geyimləri- FOTOSESSİYA

Dünyanın tanınmış dizayner və modelyerləri köynəkləri kişi qarderobunun əsası sayır. Bu səbəbdən yaz-yay mövsümü üçün onlar kişi köynəklərində bir sıra dizayn yenilikləri ediblər. SİA həmin yenilikləri sizlərə təqdim edir.

Həmin yeniliklər bunlardır:

1. Klassik tikiş

2. Ciddi rənglər

3. Romantik görünüş

Bildiyiniz kimi, kişi köynəkləri adətən qısa və uzunqollu olur. İsti havalarda qısaqollu köynəklərdən daha çox istifadə olunur. Xüsusən da ofisdə qısaqol köynək, qalstuk, bəzən də üstündən pencək geyinilir. Bu, işgüzar adamın əsl iş geyimidir. Bu mövsüm belə köynəklərə Jil Sander, Dolce and Gabbana bir sıra yeniliklər də əlavə ediblər. Bu yenilik ən çox manjetdən ibarətdir.

\"\"

Uzunqollu köynəklər isə bir qədər sərin havalar üçün nəzərdə tutulub. Gəzinti zamanı da çox geyilir. Özünü daha rahat və sərbəst hiss etmək üçün isə belə köynəkləri şalvarın içinə salmamaq də olar.

Reqbi-köynəklər isə əsasən idman oyunları üçün nəzərdə tutulub. Belə köynəkləri çəkinmədən pencəyin altından da geyinmək olar.

Yuxarıda adı çəkilən köynəklərin şah rəngi şübhəsiz ki, ağ və qara rənglərdir. Bunlar bir növ klassik rənglər sayılır. Qara kostyum və ağ köynək görün necə bir-birinə yaraşır!

\"\"

Köynəklərdə ağ və qaradan başqa digər rənglərə də üstünlük verilir. Bunlardan ən əsası bej rəngdir. Tikinti qumu rəngində olan köynəklər də bu mövsüm dəbdə olacaq. Belə köynəklər əsasən safari, militari və məktəb forması üslubunda tikilib. Belə köynəklərin müəllifləri Alexander McQueen, Calvin Kline Collection, Burberry Prorsum, Yves Saint Laurentdir. Onların fikrincə, bu köynəkləri axıra qədər düymələmək pis görünməz.

Bəs bu adları qeyd olunan köynəkləri nə ilə geyinmək mümkündür?

Dizayn və modelyerlər belə hesab edir ki, bu köynəkləri əsasən şalvar və klassik biçimli şortlarla geyinmək olar. Dizaynerlər bu yerdə ayaqqabı əvəzinə səndəllərdən, oksford və əsgər çəkmələri geyinməyi təklif edirlər .

\"\"

Bəs bu köynəklər hansı materiallardan tikilməlidir ? Bax əsas məsələ budur.

1. Hamar, və yaxud qırçınlı ipək parçalar. Niyə? Ona görə ki, bu parçalar bədəni sərin saxlayır.

2. Pambıq parça. Bu dünyada ən geniş yayılmış universal və möhkəm materialdır. Sadə, təbii və yaraşıqlıdır.

3. Denim. Cins parçalı köynəklərin müəllifləri: Gucci, Dries van Noten. Bu, əsasən 90-cı illərin dəbidir.

4. Velvet parçalı köynəklər də elə həmin illərin brendidir.

\"\"

Əziz kişilər, sizin qarderobunuza bolluca dəbli köynəklər arzu edirik.

Yeni köynəklərlə yeni mövsümdə sizə uğurlar!


Bütün xəbərlər Facebook səhifəmizdə