Kanadanın Ontario bölgəsində qəribə məxluq tapılıb. SİA-nın xəbərinə görə, Kitçenuhmaykosib qəsəbəsində gəzintiyə çıxan iki tibb bacısı gölün kənarında naməlum heyvan cəsədi ilə qarşılaşıblar. Heyvanın bədəni qara tüklərlə örtülü olsa da onun başı, üzü və ayaqları çılpaq olub. Bu günə qədər tapılan heç bir heyvana bənzəməyən canlının şəkillərini çəkən tibb işçiləri onu qəsəbə sakinlərinə göstəriblər. Ancaq araşdırma aparmaq üçün hadisə yerinə gələn rəsmilər məxluqu tapa bilməyiblər.
Tibb bacılarının sözlərinə görə, məxluqun quyruğu siçan quyruğuna bənzəyib. Onu ilk olaraq itləri tapıb. Belə ki, it cəsədi sudan çıxarıb. Səhiyyə işçilərinin şəkillərini çəkməyə müvəffəq olduqları naməlum canlıya \"Montauk Canavarı\" adı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB