“Hörümçək adam” təhlükə ilə qarşılaşıb

“Hörümçək adam” təhlükə ilə qarşılaşıb

"Hörümçək adam" ləqəbi qazanan fransalı Alen Roben təhlükəli anla qarşılaşıb. SİA-nın xəbərinə görə, bu dəfə Türkiyənin ən hündür binası olan "Sapfir"i fəth etmək fikrinə düşən A.Roben ölümdən dönüb. Belə ki, arzusunu həyata keçirmək istəyən vaxt sürüşən "qəhrəman"ın həyatını belinə bağladığı kəndir xilas edib. O qeyd edib ki, binadan sürüşməsinə inşa zamanı istifadə edilən texniki yağ səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə