Telefonlar həyatımızın böyük bir parçasıdır. Yaxşı istifadə etdiyimiz bu cihazlar, təbiəti necə təsir etdiyini heç düşündünüzmü? SİA-nın xəbərinə görə, isveçrəli elm adamlarının etdikləri araşdırmaya görə, telefonlardan çıxan siqnallar nəticəsində arılar şanlarını tərk edirlər, sonradan isə istiqamətlərini çaşıb ölümə gedirlər.
Cib telefonunun hansı vəziyyətlərdə olduğu zaman arıların şanı tərk etdiklərini araşdıran elm adamları cib telefonlarının axtarış, gözləmə və bağlı vəziyyətini nəzərdən keçirib. Araşdırmanın nəticəsində də bir telefonun axtarış halına keçdiyində arılar üçün ən şiddətli hala gəldiyi və onları narahat edən bir səs yaydığı, buna görə də arıların şanı tərk edərək nizamsız bir uçuş halına keçib birdən öldükləri təsbit edilib. Telefonlar bağlı və ya gözləmə vəziyyətində olarkən hər hansı bir qarşılıqlı təsir müşahidə edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB