Çində 477 milyon internet istifadəçisi var

Çində 477 milyon internet istifadəçisi var

Çində 477 milyon internet istifadəçisi var. SİA-nın məlumatına görə, bu rəqəmi Çin Telekommunikasiya İdarəsi öz hesabatında təstiqləyib. İdarə səlahiyyətliləri ölkədə 3 milyon 820 min veb saytının qeydiyyatdan keçdiyini bildiriblər.

Sənaye və informasiya texnologiyası nazirliyinin səlahiyyətlisi olan Vanq Cienven, internetin cəmiyyətdəki rolu ilə bağlı məlumat verib: \"İnternet ictimai əlaqələri, iqtisadiyyatı və mədəniyyəti yönləndirən, cəmiyyətin inkişaf dinamikasını tənzimləyən qüvvədir. İnternet mühitində fırıldaqçılıq, pornoqrafiya və plagiat nəşrlərin artması təbii ki, internet üzərindən qurulan əlaqələrə və internetin biznes imkanlarına mənfi təsir göstərir\".

Qeyd edək ki, Çindəki internet istifadəçilərinin sayı keçən illə müqayisədə 73,3 milyon nəfər artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə