Qara dərili cütlüyün ağ uşağı- FOTO

Qara dərili cütlüyün ağ uşağı- FOTO

İngiltərədə yaşayan qara dərili Fransis və Arlette Şibanqu cütlüyünün ailəsində ikinci körpənin dünyaya gəlişi hamını şoka salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, cütlüyün birinci övladı özləri kimi qara dərili, ancaq ikinci uşağın tamamilə ağ dərili olması valideynləri olduqca təəccübləndirib.

28 yaşlı ata körpəni ilk gördükdə danışmağa heç bir söz tapmayaraq bu uşağın ondan olmadığını düşünüb. Ancaq Fransis həyat yoldaşının onu aldatmadığını qəti şəkildə bildirsə də, yenə də şübhələr qalıb.

Həkimlər isə atanın ağ dərili və ya ananın qara dərili olduğu halda uşağın valideynlərdən birinin dəri rənginə uyğun olmasını bildirsələr də bu dəfə belə olmayıb. Belə ki, körpənin ağ dərili olması genetik cəhətlə əlaqələndirilib. Bütün bunlara baxmayaraq körpənin səhhəti çox yaxşıdır.

Məlumat üçün bildirək ki, belə bir hadisə keçən il Nigeriyada baş verib. Belə ki, şok hadisə orada qara dərili ana və ağ dərili atanın sarı saçlı və mavi gözlü qızının dünyaya gəlməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə