Elizabet Teylorun portreti 26,9 milyon dollara satılıb

Elizabet Teylorun portreti 26,9 milyon dollara satılıb

Məşhur rəssam Endi Uorxolun "Liz №5" adlı əsəri "Phillips de Pury" hərrac evində 26,9 milyon dollara satılıb. SİA-nın məlumatına görə, bu haqda Bloomberg saytında məlumat verilib.

"Liz № 5" "Phillips de Pury" hərrac evində satılan əsərlərin arasında ən qiymətlisi hesab olunub. Əsərin ilkin qiyməti 20-30 milyon dollar dəyərində olub.

Elizabet Teylorun portretindən başqa, Endi Uorxolun bir neçə rəsm əsəri də hərracın ən bahalı əsərləri siyahısına daxil olub. Məsələn, Jan-Mişel Baski ilə birgə çəkdikləri "Üçüncü göz" adlı rəsm əsəri 7 milyon dollara satılaraq, əsərin hərracdakı qiymətinin 2 dəfə artmasına səbəb olub. Uorxolun "Mayo 10" adlı əsəri 3,5 milyon dollara, "Güllər" əsəri isə 8,1 milyon dollara satılıb.

Ümumiyyətlə, may ayının 12-də keçirilən hərracda rəsm əsərlərin satışından cəmi 98,9 milyon dollar əldə edilib.

Rəssam Endi Uorxol çəkdiyi əsərlərin çoxunu məşhur aktrisa Elizabet Teylora ithaf edib. Çünki, aktrisa onun ilham mənbələrindən biri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə