87 yaşlı nigeriyalı 107 qadınla evlənib və 185 uşağı var

87 yaşlı nigeriyalı 107 qadınla evlənib və 185 uşağı var
87 yaşlı nigeriyalı Bello Maasabanın hazırda 19-64 yaşları arasında 86 arvadı var. SİA-nın xəbərinə görə, gördüyü hər qadın ilə evlənəcəyini söyləyən Maasaba həyat yoldaşlarından 12-si ilə "itaətsizlik" səbəbindən boşanıb.

185 uşağı olan nigeriyalı şəfaçının uşaqlarından 133-ü hazırda yaşayır. Ən kiçik uşağı isə 1 aylıqdır. Şəriətlə idarə olunan Nigeriyada şəhər idarəçiləri 3 il öncə şəfaçıya 82 arvadından boşanmasını, 4 həyat yoldaşıyla həyatına davam etməsini əmr edib. Əmrə itaət etməyincə həbs olunan Maasaba bütün həyat yoldaşlarının razılığı ilə evləndiyi söyləndikdən sonra sərbəst buraxılıb. Maasaba istədiyi qədər qadınla evlənməsini "Allahın əmr etdiyini" iddia edir.

Bütün xəbərlər Facebook səhifəmizdə