Çində ikibaşlı uşaq dünyaya gəlib

Çində ikibaşlı uşaq dünyaya gəlib

Çinin cənub qərbindəki Siçuan vilayətində bir bədəni və iki başı olan qız uşağı dünyaya gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 4 kiloqram çəkisində və 51 sm boyu olan əkiz iki onurğaya və iki qida borusuna malikdir. Digər orqanları isə paylaşırlar. Körpələrin anası yalnız onların doğulmasından iki gün əvvəl keçirilən son tibbi müayinə zamanı qızlarının anormal vəziyyətindən xəbər tutub.

 

Əkizlərin valideynləri onların sağ qalacağına ümid etmədiklərindən əvvəlcə onlara sahib çıxmaq istməyiblər. Həkimlər isə əkiz qızları hazırda əməliyyat etməyi planlaşdırmır və əsas diqqəti onların sağ qalması cəhdlərinə yönəldiblər. Onlar əkizləri ayırmağı hələlik qeyri-mümkün hesab edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə