Alimlərin müdhiş sübutu: Yer bölünməyə başlayıb - ARAŞDIRMA

Alimlərin müdhiş sübutu: Yer bölünməyə başlayıb - ARAŞDIRMA
Okean dibində çəkilmiş fotoşəkillər məşum gerçəyi ortaya çıxardı. SİA-nın Milli.az saytına istinadən verdiyi xəbərə görə, ingilis akvalanqist Aleks Mastard dostu ilə İslandiya sahilləri yaxınlığında okeanın dibinə dalanda nə biləydi ki, alimlərin indiyədək təxminlədikləri, amma inanmaq istəmədikləri gerçəyi aşkarlayacaq. Alimlər bu prosesin nə zamansa baş verəcəyini bilsələr də, özlərini aldatmağa, "yox, yaxın illərdə və hətta əsrlərdə ola bilməz" deməklə sakitləşməyə, ən başlıcası isə, kütləni sakitləşdirməyə çalışırdılar. Amma "ola bilməz" deyilən hadisə artıq olub və 36 yaşlı Aleks Mastardın sualtı "səyahət"i də bunu sübut edir.

"Sanki yuxudur. Qorxulu, tez ayılmaq və unutmaq istədiyin yuxu! Aleks Mastard peşəkar okeanoloq, seysmoloq və ya geoseysmoloq deyil. O, sadəcə dayvinqlə maraqlanan bir insan, boş vaxtlarında suyun dibinə dalmağı sevən adamdır.

İslandiya sahilləri yaxınlığında da o, dostlarından biri ilə növbəti "dayvinq seansı" üçün suyun dərinliklərinə dalmış, əynindəki akvalanq kostyumu və oksigen balonundan yeni hisslər, təəssüratlar əldə etmək üçün istifadə etmək istəmişdi. Lakin o, həmişə üzdüyü yerdə artıq yeni qayalıqların yarandığını, əvvəlki qayaların isə parçalanmaqda olduğunu görüb.

"Gördüklərimə hələ də inana bilmirəm. Sanki yuxudur. Qorxulu, tez ayılmaq və unutmaq istədiyin yuxu! O qayaların az qala hər qarışına bələdəm. Ancaq bu dəfə suya dalanda qayalar yox, uçurumlar, dərələr və parçalanmış daş parçaları vardı. Sualtı qayalar parçalanmış, daşların arasında dərələr və uçurumlar əmələ gəlmiş, mağaralar yaranmışdı. Özü də gördüklərimə əsaslanıb deyə bilərəm ki, proses aktivdir. Qayalar parçalanmağa, yarılmağa və dəyişməyə davam edir", - Aleks Mastard deyib.

O və yoldaşı İslandiya sahilləri yaxınlığında suyun altında gördüklrinin şəkillərini çəkiblər. ABŞ Geologiya Xidmətinin mütəxəssislərinin dediklərinə görə, Aleks Mastard sırf təsadüf nəticəsində sensasiyalı gerçəyin şahidi olub. O, Şimali Amerika və Avrasiya tektonik laylarının sınaraq ayrılmağa başlamasına dəlalət edən fotoşəkillər çəkib. Layların sınma xətti İslandiya sahillərinin yanındani keçir və bu səbəbdən də Mastard həmin prosesi görüb.

"Həmin ərazidə çəkilmiş fotoşəkillərlə tanış olandan sonra orada genişmiqyaslı tədqiqatlara başlamışıq. Planetin ən böyük iki tektonik layları olan Avrasiya və Şimali Amerika laylarının sınma, daha doğrusu, aralanma xəttində yeni "vahə"lər, vulkanlar, geyzerlər yaranıb. İlkin hesablamalar göstərir ki, laylar bir-birindən ildə 32 sm aralanırlar", - ABŞ Geologiya Xidmətinin mütəxəssisləri deyirlər.

Tektonik layların aralanma və qırılma xətti boyunca yaranmış Silfra, Reş və Nikulasargiya adlı dərin uçurum-kanyonlar fasiləsiz olaraq böyüyürlər. Onların ən dayazı olan Silfranın dərinliyi artıq 68 metrə çatıb.

İslandiya sahillərində temperaturu +4 dərəcə olan okean sularının indi yeni "qızdırıcı"ları da var. Belə ki, tektonik layların aralanma xəttində az qala hər gün yeni vulkan və geyzer mənbələri yaranır. Belə geyzerlərdən birində, "Straytur"da temperaturu +80 dərəcə olan su püskürür və ətrafdakı okean sularını qızdırır.

Alimlərin dediklərinə görə, "Straytur" tektonik qırılma-aralanma xəttində yaranmış geyzerlər arasında ən passivi sayıla bilər. Bəzi geyzerlərdə suyun temperaturu +220-260 dərəcəyə çatır.

İngiltərənin Sauthempton şəhərindən olan Mastardın dediyinə görə, o, İslandiya sahillərindəki tektonik sınma xəttini bundan sonra da tədqiq etmək və gördüklərinin fotoşəkillərini çəkmək niyyətindədir.

Fransadakı
Lion Seysmologiya Mərkəzinin əməkdaşları dünən bəyan ediblər ki, İslandiya sahilləri yaxınlığında qeydə alınan və təsbitlənən tektonik sınma xətti suyun səthinə həddən ziyadə yaxın olduğuna görə, daha ciddi seysmik hərəkət zonası sayıla bilər.

"Bu, Avrasiya və Şimali Amerika tektonik laylarının aralanmasına dəqiq dəlalət edir ki, nəticədə Avrasiya ilə Şimali Amerika arasındakı məsafə bir tərəfdən artırsa, digər tərəfdən qısalır. Aralanma prosesi indiki sürətlə davam edərsə, 1300 il sonra Şimali Amerikanın Alyaska bölgəsi Avrasiya ilə birləşəcək və Şimali Avrasiya ilə Amerika birgə məkana çevriləcək. Eyni zamanda, Himalay dağlarının şərqi və Tyan-Şan dağlarının cənubundan tutmuş, İordaniya və Misirə qədər geniş ərazidə dağıdıcı vulkanlarla yer təkanları ola bilər. Üstəlik, Avropanın şimalında böyük dalğalı sunamilər də istisna olunmur", - alimlər bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə