8 milyon lirə dəyərində arıqlama dərmanları aşkar edilib

8 milyon lirə dəyərində arıqlama dərmanları aşkar edilib
Türkiyənin İzmir şəhərində həyata keçirilən yoxlama zamanı Çindən gələn bir konteynerdə 8 milyon lirə dəyərində arıqlama dərmanları aşkar edilib. SİA-nın xəbərinə görə, idxalı qadağan olunan həblərin sağlamlıq baxımından təhlükəli olduğu təyin olunub. Əməliyyat zamanı ifadələri alınan firma rəsmiləri ittihamları rədd edərək arıqlama dərmanı idxal etmədiklərini söyləyiblər. Səlahiyyətlilər bu cür əməliyyatların davam edəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə