Çində qədim daş dövrünə aid yeni qalıqlar tapılıb. SİA-nın məlumatına görə, Çində Longçuan dağında aparılan arxeoloji qazıntılar zamanı bir sıra qalıqlarla yanaşı, mağara ev də tapılıb.
Arxeoloqların sözlərinə görə, 30 min il yaşı olan mağara birbaşa qədim daş dövrü ilə əlaqəlidir: "Qazıntılar zamanı daş dövründə istifadə edildiyini bildiyimiz bir sıra qalıqlar tapıldı. Bunların arasında 30 min illik tarixi olan mağara ev də var. Bu mağara qədim daş dövrünün təbii nümunəsidir. Qədim daş dövrü ilə müasir dövrümüzü fərqləndirən əsas cəhət o dövrdə alovdan daha çox istifadə olunması idi. Yəni fərqlər çoxdur, amma alovdan istifadə olunduğunu göstərən vasitələrə daha çox təsadüf edilir".
Mağarada mindən çox daş alət, heyvan dişləri və qalıqları tapıldığını söyləyən arxeoloqlar, bəzi sümük qalıqlarında diş və kəsik izləri olduğunu diqqətə çatdırıblar. Bu izlər isə, o dövrdə bəzi alətlərin sadə işlərdə istifadə olunduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB