Quşa bənzər heyvan cəsədi aşkarlanıb

Quşa bənzər heyvan cəsədi aşkarlanıb
İranın şimalındakı Meşkinşehr şəhərində, Ağ bulaq kəndi yaxınlarında kəndlilər Quşa bənzər heyvan cəsədi aşkarlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilkin müayinələr heyvanın milyon illər öncə nəsli tükənən dinozavr ailəsinə aid olduğunu göstərib. Tapılan heyvan ölüsü iki ayaq, böyük baş və iri dişlərdən ibarətdir.
Qeyd edək ki, tapıntı ilə bağlı dəqiqi məlumatlar laboratoriya analizlərinin nəticələri açıqlandıqdan sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə