25 dollara miniatür kompüter yaradılıb

25 dollara miniatür kompüter yaradılıb
Böyük Britaniyada 25 ABŞ dolları dəyərində miniatür kompüter yaradılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, qurğunun tərtibatçısı Frontier Developments oyun studiyasının təsisçisi Devid Brebendir.

Ucuz qiymətli qurğunun cari il ərzində kütləvi istehsala buraxılacağı gözlənilir.
700 meqahers takt tezlikli ARM11 prosessoru, 128 MB operativ yaddaş həcmi, eləcə də Linux bazasında əməliyyat sisteminin quraşdırılması üçün nəzərdə tutulan SD formatlı kart slotu ilə təchiz olunmuş mini-kompüter 1080p formatlı təsviri göstərmək və OpenGL ES 2.0 qrafikasını dəstəkləmək imkanına malikdir.
Aparatın funksionalını əlavə modullarla genişləndirmək də mümkündür (misal üçün kamera ilə). Kompüterin iki portu var: HDMI çıxışı vasitəsilə monitor, USB vasitəsilə isə klaviatura qoşulur.

Bütün xəbərlər Facebook səhifəmizdə