Təyyarə uçuşlarında insanların ən çox soruşduqları suallar hansılardır?
Təyyarə səfərlərində səyahətin rahatca keçməsini təmin edən kabin vəzifəliləri son dərəcə nəzakətli, səbirli və köməksevər olur. SİA-nın xəbərinə görə, ancaq bəzi sərnişinlər elə şeylər tələb edir ki, bunlara kabin vəzifəlilərinin belə kömək olması qeyri-mümkündür. Bir araşdırmaya görə, "Çox gurultuludur, lütfən mühərrikləri bağlaya bilərsinizmi?" və ya "Lütfən pəncərəni aça bilərsinizmi?" sualları sərnişinlərin uçuş vəzifəlilərindən tez-tez tələb etdiyi istəklərdən bir neçəsidir. İngiltərənin hava yolu firması olan Virgin Atlantikdə 3 min kabin vəzifəlisinin iştirak etdiyi anketə görə, sərnişinlərin bəzilərinin pəncərəni niyə aça bilməyəcəklərini anlamadıqları halda, digərləri mühərrikləri bağlamanın səs-küyü kəsəcəyini düşünür. "Lütfən pəncərəni açarsınızmı?" sualı mühitdən narahat olan sərnişinlərin ən çox soruşduğu maraqlı suallar arasındadır. Anket "Mənə duşa qədər yoldaşlıq edərsinizmi?" kimi tələblərin gəldiyini ortaya çıxararaq bəzi müştərilərin nə dərəcə rahatlıq və xidmət gözlədiyini də göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB