Rekord saç uzunluğu
Çinli Ksi Kvipinq də "Ginnesin rekordlar kitabı"na düşüb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, səbəbi bilinməyən halda qadının saçının uzunluğu 5 metri keçib.

1960-cı il təvəllüdlü olan qadın saçını sonuncu dəfə 13 yaşında yəni 1973-ci ildə kəsdirib.
Qeyd edək ki, alimlər insanın saçının uzanma prosesinin 60-90 santimetrə çatdıqdan sonra dayandığını deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə