Çox ağlayan körpələrin psixologiyası pozulur!

Çox ağlayan körpələrin psixologiyası pozulur!
Çox ağlayan və yuxu problemi olan körpələrin həyatlarının sonrakı mərhələlərində ciddi davranış pozğunluqlarının daha çox olduğu bildirilib. 1987-2006 illəri arasında edilən və 17 min uşağı əhatə edən 22 araşdırmanın məlumatlarını qiymətləndirən işdə, ağlama, yuxu və bəslənməklə, həyatın sonrakı mərhələlərindəki problemlər arasındakı əlaqəyə baxılıb. Archives of Disease in Childhood jurnalında nəşr olunan araşdırma nəticəsində körpəykən həddindən artıq ağlayan uşaqlarda diqqət çatışmazlığı, depressiya və təcavüzkar davranışların görülmə riskinin daha yüksək olduğu təyin olunub.

Warwick Üniversitesinin prof.Dieter Wolke "Həddindən artıq ağlama, yuxu və bəslənmə problemləri olanlarda davranış pozğunluqları riskinin yüzdə yüz artdığını" söyləyib. Körpələrdə ağlamaq çox normaldır, ancaq bəzi körpələr ilk 3 aydan sonra həddindən artıq dərəcədə ağlaya bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə