Qəzaya düşməyən maşın
"Volvo"-nun ailə üçün nəzərdə tutulan XC60 modelinin kompüterli lazer ötürücüləri qarşıdakı maşının surətinə görə əyləcə basıb maşını anında dayandırır. SİA-nın məlumatına görə, payızda satışa çıxarılacaq avtomobil lazer ötürücüləri sayəsində hər hansı bir maşına və ya cismə çox yaxınlaşdıqda əyləc sistemini işə salaraq, maşının birdən-birə dayanmasına səbəb olur. Təxminən beş metr qabağı görə bilən müşahidə sistemi, maşının öz surətinə olduğu kimi, öndəki maşının surətinə də reaksiya verir. Sistem, saniyədə 50 fərqli hesablama apararaq, qəza situasiyasında maşının dayanıb-dayandırılmamasına qərar verir. Beləliklə maşın özünü həm də sürücüsünü qəzadan xilas edir.

Bütün xəbərlər Facebook səhifəmizdə