Qız atasının 5-ci toyuna qatılıb

Qız atasının 5-ci toyuna qatılıb
ABŞ-ın realiti-şou ulduzu Şeyn Lamas atası Lorenso Lamasın növbəti nikah mərasiminə qatılıb. 25 yaşlı Şeynin atası, 53 yaşlı Lorenso beşinci dəfə ailə həyatı qurub. Onun budəfəki arvadı Şauna Kreyqdir. Meksikadakı Kabo San Lukas kurortundakı çimərlikdə keçirilən toyda qonaqlar çox olmayıb. Hamilə Şeyn Lamasın dediyinə görə, atasının seçimindən razıdır.
"Bu qadınla evlənməyin yaxşı oldu, yoxsa tənha və qoca ölərdin", - Lamas zarafatla deyib.
Daha sonra o, 23 yaşlı gəlinə xeyir-dua verib./Milli.az/

Bütün xəbərlər Facebook səhifəmizdə