Qoz qandakı xolesterini aşağı salır

Qoz qandakı xolesterini aşağı salır
600 könüllünün iştirakı ilə keçirilən 25 tədqiqat göstərir ki, gün ərzində orta hesabla 70 q (təxminən 3-4 ədəd) qoz yeyənlərin qanındakı xolesterin 8 % aşağı düşür. SİA-nın məlumatına görə, 3-8 həftə ərzində gündə 70 qram qoz yeyən insanların qanındakı ümumi xolesterin nəinki aşağı düşüb, hətta ürək-qan-damar xəstəliklərinin yaranmasına səbəb olan triqliseridlərin azalıb.
Qozun nə üçün bu cür xüsusiyyətlərə malik olması dəqiq məlum deyil. Fərziyyələrdən biri odur ki, qozun tərkibində bitki tərkibli qələvi birləşmələr xolesterinin insan orqanizmində toplanmasının qarşısını alır.

Mütəxəssislər qidada qozun istifadəsinin artırılmasını məsləhət görürlər. Məlumdur ki, qozun istifadəsinin xeyri onun həcmindən asılıdır. Yəni, qoz daha çox istifadə edilməlidir. Lakin alimlər təəssüflə qeyd edirlər ki, qozun adi şəkildə tum və ya digər çərəzlər kimi gündəlik qidada çox istifadəsi müşahidə olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə