Saç boyaları hansı fəsadlar törədir

Saç boyaları hansı fəsadlar törədir

Saçların 5-7 il ərzində hər ay boyanması nəticəsində qaraciyər toxumaları məhv olmağa başlayır.

SİA-nın xəbərinə görə, Avropa alimləri belə qənaətə gəlmişlər ki, saçların boyanması ilə qaraciyər xəstəlikləri arasında əlaqə vardır. Alimlər saç boyalarının vurduğu ziyanın öyrənilməsinə həsr olunmuş tədqiqat apararaq müəyyən etmişlər ki, saçların ayda bir dəfədən çox boyanması qaraciyərin sağlamlığı ilə bağlı problemlərin yaranması riskini xeyli artırır.

Avropada və MDB dövlətlərində açıq satışda olan saç boyalarının, demək olar, hamısında qaraciyər toxumalarına son dərəcə mənfi təsir göstərən maddələr vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə